Suriyada baş verən son hadisələr, 1 fevral 2022
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, ABŞ koalisiyasına məxsus 20-dən çox yük maşını İraq Kürdüstanı sərhədindən Suriyanın Həsəkə əyalətindəki ABŞ hərbi bazalarına daxil olub.
1- Hələb
- Yanvarın 31-də Eyn Əl-Ərəb bölgəsində Rusiya hərbi polisi və Türkiyə ordusu ilə birgə patrul xidməti keçirilib.
- Yanvarın 31-də Türkiyənin dəstəklədiyi terrorçular Afrinin kənarında 200 zeytun ağacını kəsiblər.
- Yanvarın 30-da Hələbin şimal ətraflarında Racu bələdiyyə məmuruna məxsus avtomobil bomba ilə partladılıb.
- Yanvarın 27-də Türkiyənin dəstəklədiyi terrorçular Təl-Rəfət şəhərində kürd silahlilarının mövqelərinə artilleriya zərbələri endirib.
2- İdlib:
- Yanvarın 31-də İdlibin qərb kənarında, Darkuş ətrafında Əl-Dərya kəndindən “Abdullah Xalid Sakif” adlı suriyalı uşaq türk sərhədçiləri tərəfindən öldürülüb.
- Fevralın 1-də Əl-Bəra şəhərinin kənarında minanın partlaması nəticəsində 4 mülki şəxs yaralanıb.
- Yanvarın 29-da Suriya ordusunun əsgəri terrorçular tərəfindən şəhid oldu.
3- Dəmeşq:
Yanvarın 31-də yerli vaxtla səhər saat 3 radələrində İsrail qırıcı təyyarələri Beyrutun şərq səmasından Dəməşqin kənarındakı hədəflərə çoxlu sayda raket zərbəsi endirib və onların əksəriyyəti Suriya ordusunun hava hücumundan müdafiə sistemləri ilə dəf edilib.
4- Dəraa:
Yanvarın 31-də Suriya ordusunun 9-cu diviziyası ilə Rusiya qüvvələri arasında Dəra şəhərinin kənarında birgə təlim keçirilib.
5- Deyr Əz-Zor:
Yanvarın 30-da ABŞ koalisiyası Deyr Əz-Zorun şərq ətraflarında patrul xidməti edib.
6- Həsəkə:
- Yanvarın 29-da Suriya Demokratik Qüvvələri (SDQ) və Daxili Təhlükəsizlik Qüvvələrinin (YPG) Hasəkənin Ğuveyran məhəlləsində keçirdiyi əməliyyat zamanı Əbu Ubeydə adlı İŞİD-in cəbhə komandiri və 20-yə yaxın İŞİD üzvü Kürd silahlılarına təslim olublar.
- Fevralın 1-də Amerika koalisiyasına məxsus 20-dən çox yük maşını İraq Kürdüstanı ilə sərhəddən Suriyanın Həsəkə əyalətindəki ABŞ hərbi bazalarına daxil olub.
7- Raqqa:
Yanvarın 30-da Rusiya qırıcı təyyarələri Raqqanın cənub-qərbindəki Rəssafə bölgəsində İŞİD-in sığınacaqlarına hücum edib.
8- Yanvarın 24-də Rusiya Müdafiə Nazirliyi Rusiya və Suriya qırıcı təyyarələrinin Suriya sərhədinin hava məkanında və işğal altındakı Qolan yaxınlığında birgə patrul xidməti həyata keçirdiklərini açıqladı.
9- Fevralın 1-də Suriya Demokratik Qüvvələri (SDQ) Həsəkə şəhərində baş verən qarşıdurmalarda həlak olanların sayını açıqladı: Əl-Sənaə həbsxanasının 77 mühafizəçisi və işçisi, 40 kürd silahlısı, 4 mülki vətəndaş və 374 məhbus və İŞİD hücumçuları.
10- Yanvarın 31-də Rusiyanın Suriyadakı Barışıq Mərkəzi elan etdi: Terrorçular bir dəfə İdlib vilayətində atəşkəsi pozublar.
Rəy