İraqda baş verən son hadisələr, 1 fevral 2022

Çərşənbə axşamı 1 Fevral 2022 - 14:12
https://az.iswnews.com/?p=736

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, İraqın Səlahəddin əyalətində Həşd Şəəbi təşkilatına məxsus Mühacir-6 PUA-ı Amerika qırıcı təyyarəsi tərəfindən vurulub.

1- Bağdad:

  • Yanvarın 28-də Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı Viktoriya bazasındakı ABŞ-ın işğalçı mövqeləri İraq müqaviməti tərəfindən atılan raketlərlə hədəfə alınıb. Hücum ən azı altı 107 mm-lik raketdən istifadə edilməklə həyata keçirilib.
  • Yanvarın 31-də özünü İŞİD-in Bağdad qubernatorunun müavini elan edən “Şeyx Yusif” ləqəbli Fərhal Cəfal İraq ordusu qırıcı təyyarəsinin Bağdadın şimalında yerləşən Tarimiyyə bölgəsinə endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

2- Kərkük:
Yanvarın 30-da İŞİD ünsürlərinin Ər-Riyad bölgəsinin Əl-Həməd əl-Təyyar kəndində İraq Üçüncü Polis Diviziyasının qərargahına hücumu nəticəsində iki İraq əsgəri şəhid olub, üçü isə yaralanıb.

3- Əl-Müsənna:
Yanvarın 30-da Əl-Müsənna əyalətinin Səmavə şəhərində ABŞ hərbçilərinin lojistika karvanına Əshab Əl-Kəhf müqavimət dəstəsi hücum edib.

4- Ərbil:
Yanvarın 30-da İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Sərdar İsmail Qaani İraqın Ərbil şəhərində səfərdə olub.

5-Neynəva:
Yanvarın 30-da Mosulun qərbindəki Əl-Səhabi bölgəsinə dörd raket atılıb. Bu barədə daha ətraflı məlumat verilməyib.

6- Diyalə:
Yanvarın 29-da İraq ordusunun qırıcı təyyarələri Diyalə əyalətində İŞİD ünsürlərinə qarşı hücumu nəticəsində terror qruplaşmasının bir neçə üzvü, o cümlədən bir neçə Livan vətəndaşı öldürülüb.

7- Səlahəddin:

  • Yanvarın 29-da İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı Sərdar İsmail Qaani İmam Hadi (ə) və İmam Həsən Əskəri (ə) hərəmini ziyarət etmək üçün Samirra şəhərinə səfər edib. Bu səfər zamanı Hərəmin rəisi bu hərəmin müqəddəs bayrağını Sərdar Qaaniyə təqdim etdi.
  • Yanvarın 29-da ABŞ koalisiyasının kəşfiyyat əməliyyatı İraq hərbçilərinin Samirra hava məkanına daxil olmağa çalışan Amerika PUA-ını atəşə tutmasından sonra ləğv edildi.
  • Yanvarın 31-də İraqın Səlahəddin əyalətində Həşd Şəəbi təşkilatına məxsus Mühacir-6 PUA-ı Amerika qırıcı təyyarəsi tərəfindən vurulub.
  • Fevralın 1-də Həşd Şəəbi təşkilatı İŞİD terror qruplaşmasının Səlahəddin əyalətinin cənubunda yerləşən ƏT-Tuz şəhərindəki sığınacaqlarını artilleriya hücumları ilə hədəfə alıb.

8- Ziqar:

  • Fevralın 1-də Ziqar vilayətində Amerika işğalçılarının lojistika karvanı İraq müqavimət dəstəsi tərəfindən hədəfə alınıb.
  • Yanvarın 30-da Ziqar vilayətinin Nasiriyyə şəhərində amerikalı işğalçıların lojistika karvanı İraq müqavimət dəsətəsi tərəfindən hədəfə alınıb.

9- Fevralın 28-da Almaniya parlamenti Almaniya ordusunun İraqdakı missiyasını 2022-ci ilin oktyabrına qədər uzatma planını təsdiqlədi.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir