Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Səksən İkinci Günü, 16 May 2022

Bazar ertəsi 16 May 2022 - 22:34
https://az.iswnews.com/?p=7192

– Rusiya Ordusu və LXR qüvvələri Liman qəsəbəsinin şimalındakı Drilveyə nəzarəti ələ keçiriblər və toqquşmalar Novasliuka və Darbişvaya çatıb. Bu iki kənd alınarsa, Liman şəhəri mühasirəyə alınacaq. Onlayn xəritədə baxın

– Rusiya Ordusu və LXR qüvvələri Popasnaya-Promyask cəbhəsindəki Kamişvaxa və Katrinyuka ərazilərinə hücuma keçib. Hələlik heç bir ciddi irəliləyiş qeydə alınmayıb.
Kamişvaxa, Katrinyuka, Zolute, Orikxo və Hirske bölgələri Severodonetskin cənubunda Ukrayna qüvvələrini qoruyan qalalar hesab olunurlar və Rusiya qüvvələri Severodonetski mühasirəyə almaq üçün bu əraziləri nəzarətə götürməlidirlər. Onlayn xəritədə baxın

– Rusiya mətbuatı Ukraynanın cənubundakı Nikolayev şəhərinin kənarında Ukraynaya məxsus “Su-27” qırıcı təyyarəsini məhv etdiyini iddia edən qırıcı təyyarənin qalıqlarının videosunu yayıb.
Bəzi Ukrayna mənbələri də qırıcının MiQ-29 olması və Rusiya ordusuna aid olması iddiasını təkzib edib.

24 fevral – 16 may 2022-ci il tarixləri arasında Rusiya ordusunun ümumi itkiləri ilə bağlı Ukrayna mediası statistikası:

27,700 çox rusiyalı hərbçi həlak olub və yaralanıb.
1228 tank, 2974 hərbi maşın, 577 artilleriya qurğusu, 195 reaktiv yaylım atəşi sistemi, 89 hava hücumundan müdafiə qurğusu, 200 təyyarə, 165 helikopter, 2101 ağır texnika və yanacaq tankeri, 13 yüngül sürət qayığı və döyüş gəmisi, 427 təyyarə məhv edilib.

– Rusiya Müdafiə Nazirliyinin 16 maya qədər olan müharibədə Ukrayna ordusunun itkiləri ilə bağlı statistikası:

Ukraynada xüsusi hərbi əməliyyat başlayandan indiyədək ümumilikdə 168 hərbi təyyarə, 125 helikopter, 889 PUA, 3108 tank və digər zirehli texnika, 381 reaktiv yaylım atəşi sistemi, 1529 artilleriya qurğusu və minaatan, 2949 ədəd xüsusi hərbi texnika məhv edilib.

– Rusiya ordusuna məxsus “Eleron-3” kəşfiyyat PUA-sı Ukraynada naməlum səbəbdən qəzaya uğrayaraq Ukrayna hərbçilərinin əlinə düşüb.
Həmçinin 19 aprel 2022-ci ildə Ukraynanın Çerniqov vilayətində “Eleron-3” PUA-sı texniki nasazlıq səbəbindən qəzaya uğramışdır.
Bildirilir ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bu PUA-lardan 7-si Ukraynada texniki nasazlıq səbəbindən qəzaya uğrayıb və ya məhv edilib.
“Eleron-3” PUA-sı döyüş meydanının məkanını nəzarətdə saxlamaq üçün nəzərdə tutulub və 4000 metr yüksəklikdə saatda 130 kilometr sürətlə uça bilir.

– ABŞ konqresi Ukraynaya ən böyük yardım paketini təsdiqləyib!

Mitch Makkonel-in başçılıq etdiyi respublikaçı senatorlardan ibarət nümayəndə heyəti prezident Vladimir Zelenski ilə görüşmək üçün mayın 14-də Ukraynanın paytaxtı Kiyevə səfər ediblər.
Zelenski bu görüşü Ukrayna xalqına və ABŞ-ın hər iki partiyasına güclü dəstək siqnalı adlandırıb və ABŞ-ın maliyyə və hərbi yardımını yüksək qiymətləndirib. O, Rusiyanın “terrorizmə əsas dəstək verən dövlət” kimi tanınmasının təsdiqini istəyib. Makkonel də məsələni dəstəkləyərək, Ukraynaya yardımın ABŞ-ın marağında olduğunu deyərək bildirib: “Respublikaçılarda güşəneşinlik İkinci Dünya Müharibəsindən əvvəl də var idi və məncə, bu müharibədən öyrəndiyimiz dərslərdən biri budur ki, əgər işğala daha tez müqavimət göstərməsək böyük səhv etmiş olarıq. Bu məsələdə hamımız eyni tərəfdəyik. Ruslar müharibədə uduzmalıdır, ukraynalılar isə qalib gəlməlidir”.
Mayın 18-də ABŞ konqressində Ukraynaya 40 milyard dollarlıq yardım paketi ilə bağlı səsvermə ərəfəsində respublikaçı senatorlar Ukraynaya səfər ediblər. Bu paket ABŞ-ın Ukraynaya ən böyük yardımıdır və müharibə başlayandan bəri ABŞ-ın Ukraynaya ümumi yardımını 53 milyard dollara çatdırır.

Makkonel-in Ukraynadakı sözləri bu gün Avropada müharibəyə dərin, köhnə baxışı əks etdirir. Əslində, onlar Ukrayna müharibəsini Şərqi Arktika (Rusiya) ilə əvəzedici müharibə kimi görürlər, bu müharibədə Ukrayna torpağı, bu müharibənin yeri və Ukrayna xalqı Rusiya ilə qarşı-qarşıya gəlmək üçün onların əsgərləridir!

– Rusiya artilleriyasının Severodonetskin cənubundakı Zolute rayonunda Ukrayna hərbçilərinin mövqelərini atəşə tutmasının videosu.

Bu videonun 33-cü saniyəsində Rusiya qüvvələri kvadrokopterin köməyi ilə Ukrayna hərbçilərinin yeni yerini müəyyənləşdirir və bu məlumatı ötürməklə dəqiq artilleriya hücumunun baş verməsinə səbəb olur.
Kəşfiyyat hava təchizatları vaxtında hərbçilər tərəfindən istifadə olunarsa, döyüş meydanında müsbət və faydalı rol oynaya bilərlər.

Zolute-nin online xəritəsi

– Rusiyanın Ukraynanın cənubundakı Odessa və Nikolayev şəhərlərindəki Ukrayna mövqelərinə raket zərbələri endirdiyi görüntülər.
Ukrayna mənbələrinin məlumatına görə, Odessa şəhərindəki istirahət mərkəzi və Nikolayev şəhərindəki yaşayış məntəqələri Rusiya qırıcıları tərəfindən atılan qanadlı raketlərin hədəfinə çevrilib. Mənbələr əlavə edib ki, Odessaya raket hücumlarından birinin təxribat gücünun həcmi 500 metr diametrindən də çox olub!

– Rusiya Ordusu və LXR qüvvələri Dərbiş məntəqəsinin nəzarətini ələ keçirib. Dərbişin şimalındakı Novaslyuka kəndinin tezliklə rus ordusu tərəfindən nəzarətə götürülməsi gözlənilir. Baş verən irəliləyişlərlə, Liman üç tərəfdən mühasirəyə alınıb.
Yarva kəndinin nəzarətə götürülməsi ilə bağlı xəbərlər də var ki, bu hələ öz təsdiqini tapmayıb. Xəritəyə onlayn baxın

– Azovstal bölgəsində Rusiya və Ukrayna qüvvələri arasında toqquşmalar davam edir. Rusiya və DXR qüvvələri Azovstalın şimal bölgələrində yavaş-yavaş irəliləyir.
Beləliklə Kommunalnik bölgəsi ələ keçirildikdən sonra Markohim məntəqəsi və ətrafdakı binalar Rusiya qüvvələrinin nəzarətinə keçib.
Xəritəyə onlayn baxın

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45Gün 46Gün 47Gün 48Gün 49Gün 50Gün 51Gün 52Gün 53Gün 54Gün 55Gün 56Gün 57Gün 58Gün 59Gün 60Gün 61Gün 62Gün 63Gün 64Gün 65 və 66Gün 67Gün 68Gün 69Gün 70Gün 71Gün 72Gün 73Gün 74Gün 75Gün 76Gün 77Gün 78Gün 80Gün 81

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir