Rusiya: Suriyanın hava hücumundan müdafiəsi İsrailin 16 raketini vurub

Bazar ertəsi 16 May 2022 - 21:32
https://az.iswnews.com/?p=7186

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bildirib: Suriya hava hücumundan müdafiə qüvvələri İsrail qırıcılarının Suriyadakı hədəflərə atdığı 22 raketdən 16-nı məhv edib.

Mayın 13-də İsrail qırıcı təyyarələri Baniasın qərbində Aralıq dənizi səması üzərindən bir neçə raket ataraq Suriyanın bəzi mərkəzi hissələrini hədəfə almışdır.

Bununla bağlı Rusiyanın Suriyadakı Barışıq Mərkəzinin rəis müavini admiral Oleq Juralov deyib: “Cümə günü axşam yerli vaxtla 20:25-dən 20:32-dək İsrail Hərbi Hava Qüvvələrinə məxsus 6 F-16 qırıcısı Suriya hava məkanına daxil olmadan Misyaf qəsəbəsi və Banias limanı ərazilərindəki Suriya Araşdırma Mərkəzinin obyektinə 22 raket atıb. Suriya Ərəb Respublikasının hava hücumundan müdafiə qüvvələri 16 raket və bir PUA-nı məhv edib.

O əlavə edib: İsrailin hava hücumları nəticəsində üç suriyalı əsgər və iki mülki şəxs həlak olub, iki suriyalı hərbçi yaralanıb. Suriya Araşdırma Mərkəzinin xüsusi texnika anbarlarına da ziyan dəyib.

Misyaf ərazisindən yayılan peyk görüntülər İsrailin hava hücumları nəticəsində ən azı iki binaya ciddi ziyan dəydiyini və onların bir hissəsinin dağıldığını göstərir.

Daha çox oxuyun:
Sionist rejim Suriyaya hava zərbələri endirib + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir