İran və Talibanın sərhədlərin təhlükəsizliyini təmin etmək üçün birgə görüşü baş tutub
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran və Taliban hüquq-mühafizə orqanlarının rəsmiləri ortaq sərhəddə təhlükəsizliyin yaradılması üçün əməkdaşlıq və koordinasiyanı gücləndirmək üçün görüş keçiriblər.
İran İslam Respublikasının Polis rəsmiləri və Taliban nümayəndələrinin görüşü İran İslam Respublikası Polisinin Baş Komandanının müavini Sərdar “Qasim Rezayi” və “Taliban”ın Baş Qərargah rəisi “Movləvi Şubeyr Əhməd”in iştirakı ilə İranın Xorasan Rəzəvi vilayətində yerləşən Taybad şəhərində keçirilib.
Sərdar Rezayi görüş zamanı deyib: İran və Əfqanıstan dost və qardaşdırlar və yaxşı siyasi əlaqələr və ticarət mübadiləsi aparırlar. Ötən illər ərzində qarşılıqlı fəaliyyət və əməkdaşlıq ruhu ilə müxtəlif tədbirlərdə bir yerdə olmuşuq və düşmənlər nə vaxt bu əlaqələri korlamaq istəyiblər, iki xalqın düşüncəsinə hakim olan xoşməramlılıq və qardaşlıq hissi ucbatından uğursuzluğa düçar olublar.
Hər iki ölkənin səyləri birlik və vəhdətə yönəlməli, kiçik hadisələri idarə edib planlaşdırmaqla düşmənlərin böyütməsinə imkan verməməli, onların sui-istifadəsinin qarşısını almalıyıq. Sərhədlərimiz torpaq üzərindədir, amma dinimiz və mədəniyyətimiz sərhədsizdir və İran millətinin və hökumətinin iradəsi dost və qardaş ölkəmiz Əfqanıstana dəstək olmaqdır.
İŞİD hər iki xalqın ortaq düşmənidir və onların məhvi hər iki ölkənin ortaq məqsədlərindəndir və bu yolda İran və Əfqanıstanın azad xalqı Həzrət Məhəmmədin pak İslamı yolunda şəhidlər verib.
Sərhədlərdə sabitliyi və təhlükəsizliyi inkişaf etdirmək üçün sərhəd sakinləri arasında mədəni həmrəyliyin yaradılması və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə bizim görəcəyimiz mühüm işlərdən olmalıdır. Biz Əfqanıstan xalqının və yeni hökumətinin narkotik istehsalı ilə mübarizədə və keçmişdəki mübarizə metodlarını aradan qaldırılmasında iradəsini yüksək qiymətləndiririk. İran İslam Respublikasının sərhədçiləri sərhəd bölgəsində öz təcrübələrini və təlimlərini Əfqanıstan sərhədçilərinə təqdim etməyə hazırdırlar. Birgə təhlükəsizlik patrullarının artırılması və gücləndirilməsi vacibdir.
Talibanın baş qərargah rəisi Movləvi Əhməd iranlılara qonaqpərvərliyə görə təşəkkür edərək deyib: “Biz ABŞ-ın Əfqanıstana hücumu zamanı qonşumuz İranın xeyirxahlığını və köməyini unutmarıq. İŞİD hər iki xalqın ortaq düşmənidir və hegemon düşmən dövlətlər iki ölkəyə bu şəkildə zərbə vura bilmədiyi üçün parçalanmalar yaratmağa çalışır ki, biz bu məsələdə uğur qazanmağa imkan verməyəcəyik və onlar iki xalqın birliyinə nüfuz edə bilməyəcəklərini unutmamalıdılar”.
İclasın kənarında İran və Taliban rəsmiləri birlik və həmrəylik əlaməti olaraq müştərək Vəhdət camaat namazı qılıblar.
İclas son aylarda baş vermiş üç sərhəd qarşıdurması və gərginlikdən sonra keçirilib və İranın Əfqanıstanla sərhəd problemlərini sülh yolu ilə həll etmək əzmini göstərib. Taliban silahlılarının sərhəd qanunlarını bilməməsi və tanış olmaması həmişə iki ölkə arasında nifaq salmaq üçün xarici mediaların manevrləri üçün zəmin yaradıb.
Rəy