Sionist rejim Suriyanın Quneytərədəki hədəflərinə hücum edib + VİDEO

Çərşənbə 11 May 2022 - 21:08
https://az.iswnews.com/?p=6921

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail ordusu Suriyanın şimalındakı Quneytərə əyalətinin Həzər və Cəbəs əl-Xəşəb qəsəbələrindəki hədəflərə iki mərhələdə raket və artilleriya zərbələri endirib.

Bu gün yerli vaxtla səhər saat 3 radələrində İsrail ordusu Həzər qəsəbəsi ətrafına bir neçə yer-yer tipli raketlər ataraq maddi ziyan vurub.

Günəş çıxandan bir neçə saat sonra İsrail qüvvələri Suriya ərazisinə ikinci artilleriya hücumu həyata keçirərək, işğal olunmuş Qolan təpələri ilə sərhədə yaxın Cəbas əl-Xəşəb qəsəbəsi ətrafında yerləşən Suriya Ordusunun 90-cı briqadasının qərargahını hədəfə alıb, lakin itkilər barədə məlumat verilməyib.

Suriya və İsrail rejimi rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyiblər, lakin çox güman ki, yaxın günlərdə sionist ordusu bu hücumları İranın dəstəklədiyi qüvvələr və ya Hizbullaha aid qüvvələrin iştirakı bəhanəsi ilə həyata keçirdiyini iddia edəcək. Elə bir bəhanə ki, həm köhnəlmiş, həm də təkrardır!

Bu, Suriya prezidenti Bəşər Əsədin İrana səfərindən sonra İsrailin Suriya ərazisinə ilk hücumudur.

Sionist rejimin Suriyaya sonuncu hücumu aprelin 27-də olub. İsrail qırıcı təyyarələrinin Təbəriyyə gölü üzərindən Dəməşq şəhəri ətrafındakı hədəflərə raket zərbələri endirməsi nəticəsində 4 Suriya əsgəri şəhid olmuş, 3-ü isə yaralanmışdır.

Daha çox oxuyun:
Sionist rejimin Dəməşqə hava hücumu + FOTO və VİDEO

İsrail ordusunun Quneytərə əyalətinin Həzər qəsəbəsi ətrafına raket zərbəsi
İsrail ordusu artilleriyasının Quneytərə əyalətinin Cəbəs əl-Xəşəb qəsəbəsinin ətrafına etdiyi hücum
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir