SEPAH İraq Kürdüstanında terrorçuların mövqelərinə hücum edib + VIDEO

Çərşənbə 11 May 2022 - 19:33
https://az.iswnews.com/?p=6916

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunları bu gün səhər saatlarında İraqın şimalında yerləşən terrorçuların mövqelərini artilleriya və raket hücumları ilə hədəfə alıblar.

İnqilab Keşikçiləri qüvvələri İranın Kürdüstan vilayətinin Bane şəhərində 5 nəfərlik terror qrupu həbs ediblər. Bu terrorçu qrupun üzvlərinin İran xalqının təhlükəsizliyinə qarşı təxribatçı məqsəd və niyyətlərini etiraf etməsindən sonra bu gün səhər saatlarından etibarən İraqın şimalında yerləşən terrorçuların mövqeləri SEPAH-ın Həmzə Seyyid Əl-Şühəda qərargahının qüvvələri tərəfindən artilleriya və raket zərbələri ilə hədəfə alınaraq məhv edilib.

Yerli mənbələrə görə, Çuman bölgəsindəki hədəflər və Ərbil vilayətinin Sidkan bölgəsindəki Barbazin yüksəklikləri İnqilab Keşikçiləri tərəfindən hədəfə alınıb.

Həmçinin 2021-ci ilin sentyabrında İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının komandanı Sərdar Pakpur İraqın Kürdüstan bölgəsinin hökumətinə və sakinlərinə orada terrorçuların mövqelərinə hücum və mülki əhalinin bu ərazilərdən uzaqlaşmaları barədə xəbərdarlıq etdikdən sonra İnqilab Keşikçiləri Korpusunun bölmələri artilleriya və PUA-lardan istifadə edərək İraq Kürdüstanının Çuman və Sidkan bölgələrindəki PJAK və digər terror qruplaşmaları mövqelərinə dəfələrlə zərbələr endirmişdir.

Keyfiyyətli xəritə

İnqilab Keşikçilərinin İraq Kürdüstanı bölgəsində terrorçuların mövqelərinə hücumu ilə bağlı video
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir