Suriyada baş verən son hadisələr, 10 May 2022

Çərşənbə axşamı 10 May 2022 - 23:49
https://az.iswnews.com/?p=6889

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya ordusu Həmanın şimal-qərbində, Qahirədə Cəbhət əl-Vətəniyyə terrorçuların toplumunu hədəfə almaq üçün tank əleyhinə idarə olunan raketdən istifadə edib.

1- Hələb:
– Mayın 9-da səkkiz hərbi maşın və iki helikopterin iştirakı ilə Eyn əl-Ərəbin şərq ətrafında Rusiya-Türkiyə birgə 97-ci hərbi patrulu keçirilib.
– Mayın 9-da Türkiyənin dəstəklədiyi terrorçular artilleriya ilə Şahba ərazisini hədəfə aldılar.
– 2022-ci ilin əvvəlindən Suriya hökumətinin Hələbin şərq ətrafında yerləşən Məskənə şəhərindəki Barışıq Mərkəzi Rusiya hərbçilərinin nəzarəti altında silahlı qüvvələrin 11 mindən çox keçmiş üzvü və mülki vətəndaşı qəbul edib. Rusiya tərəfi axtarışda olan şəxsləri əmin edib ki, onların adları Suriya hökumətinin barışıq mərkəzlərinə qayıtdıqdan sonra 25 gün ərzində Suriya hökumətinin axtarışda olan şəxsləri siyahısından çıxarılacaq.

2- İdlib:
– Mayın 9-da Suriya ordusu Benaş şəhərinin ətrafındakı terrorçuların mövqelərini artilleriya ilə hədəfə alıb.
– Mayın 8-də Türkiyənin dəstəklədiyi terrorçular Hərazin, Kəfər Nubbul, Kəfər Rumə, Məərətun-Numan və Xan əs-Subul məntəqələrini artilleriya ilə hədəfə alıblar.
– Mayın 8-də Suriya ordusunun artilleriyası Kəfər Avaid kəndində terrorçuların mövqeləri hədəfə alınıb.

3- Dəraa:
– Mayın 8-də Dəraada iki suriyalı uşaq minaya düşərək vəfat edib.
– Mayın 9-da Dəraa əyalətində terror və təhlükənin artmasından sonra Suriya Ordusu Hərbi Hava Qüvvələrinin məlumat bölməsi bu əyalətdə öz mövqelərini gücləndirdi.
– Mayın 9-da Dəraa əyalətinin Nahitə şəhərində naməlum silahlı şəxslərin atəş açması nəticəsində bir mülki şəxs həlak olub, daha üç qadın yaralanıb.

4- Deyr əz-Zor:
– Mayın 9-da Suriya Demokratik Qüvvələri (SDQ) ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə Deyr əz-Zorun şərq ətrafı ərazisində Heliburn əməliyyatı ediblər. SDQ qüvvələrinin əməliyyat zamanı naməlum səbəblərdən 4 nəfəri saxladığı bildirilir.
– Mayın 9-da Suriya ordusunun 20 yük maşınından ibarət kolonu Deyr əz-Zorun şərqindəki Mərat qəsəbəsinə daxil olub.
– Mayın 9-da İŞİD ünsürlərinin Deyr əz-Zorun ətrafında Suriya ordusunun kolonuna hücumu nəticəsində üç Suriya hərbçisi şəhid olub, ikisi isə yaralanıb.

5- Raqqa:
– Mayın 8-də Suriya Demokratik Qüvvələri (SDQ) Raqqa şəhərində 3 İŞİD üzvünün həbs edildiyini açıqlayıb.
– Mayın 9-da Türkiyənin dəstəklədiyi terrorçular M4 magistral yolunu və Eyn-İssa şəhərinin ətrafını artilleriya ilə hədəfə alıblar.

6- Həsəkə:
– Mayın 9-da Hasəkənin cənubunda naməlum şəxslərin Suriya Demokratik Qüvvələrinin (SDQ) maşınına hücumu nəticəsində bir SDQ maşını məhv edilib, dörd nəfər yaralanıb.
– Mayın 9-da naməlum silahlı şəxslər SDQ qüvvələrinin komandiri və Əl-Şəddadi mərkəzi həbsxanasının rəisi “Şirko Həsəkə”in avtomobilinə hücum ediblər. O, sui-qəsd insidentindən sağ çıxıb.
– Mayın 8-də Suriya Demokratik Qüvvələri (SDQ) əl-Hul düşərgəsində 8 Özbəkistanlı İŞİD qadınını həbs edib.

7- Həma:
Mayın 8-də Suriya ordusu Həmanın şimal-qərbində yerləşən Qahirədə Cəbhət əl-Vətəniyyə terrorçuların toplumunu hədəfə almaq üçün tank əleyhinə idarə olunan raketdən istifadə edib. Hücum zamanı azı 5 terroçu öldürülüb, daha 3 nəfər yaralanıb.

8- Latakiya:
Mayın 9-da İkinci Dünya Müharibəsində Sovet İttifaqının nasist Almaniya üzərində qələbəsinin 77-ci ildönümü münasibətilə Suriyanın Latakiya əyalətindəki Hamimim aviabazasında rus qoşunlarının paradı keçirilib.

Keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir