Yəməndə baş verən son hadisələr, 10 May 2022

Çərşənbə axşamı 10 May 2022 - 23:38
https://az.iswnews.com/?p=6881

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, son günlərdə Səudiyyə koalisiyası BMT-nin rəsmi icazəsinə baxmayaraq, Yəmən üçün iki yanacaq daşıyıcısı olan Şahzadə Xədicə və Yehud gəmilərini ələ keçirib.

1- Əl-Hudəydə:
– Əl-Əmaləqə briqadasının komandiri Məsud Həsən əl-Məhcəmi Səudiyyə koalisiya qüvvələrini tərk edərək Ənsarullaha qoşulub.
– Səudiyyə koalisiya qüvvələri son 48 saat ərzində atəşkəs rejimini 129 dəfə pozub.
– Əl-Hudəydə şəhərinin Əl-Xəmsin prospektində Səudiyyə koalisiya qüvvələrindən qalan bombanın partlaması nəticəsində 4 mülki şəxs yaralanıb.

2- Əbyən:
Cənub Keçid Şurasından onlarla silahlı şəxs bu şuranı tərk etdiklərini açıqlayıblar və bu şuranın sədri İydrus Əl-Zubeydinin müxaliflərindən olan “Şalal Şaye”nin rəhbərlik etdiyi “Cənub Müqaviməti” qruplaşmasına qoşulublar.

3- Məhəmməd Əli Əl-Husi, Yəmən İnqilabının Ali Şurasının sədri:
“Yəmən Silahlı Qüvvələrinin 4200-dən çox ballistik raketi və 5000-dən çox PUA-sı var, onlardan bəziləri təchiz və inkişaf edilir. Bu böyük işə görə Yəmən silahlı qüvvələrinə borcluyuq”.

4- Yəmənin Qurtuluş Hökumətinin Danışıqlar Şurasının sədr müavini general Cəlal əl-Ravişan: “Humanitar atəşkəs demək olar ki, başa çatıb və Yəmən xalqı bu barədə heç bir ciddi təsir görmədilər. Təcavüzkar ölkələr atəşkəsi hər gün pozur və biz bu pozuntular barədə BMT-nin Nümayəndəlik Ofisinə və beynəlxalq ictimaiyyətə məlumat veririk. Biz ümid edirik ki, atəşkəs müddətinin sonuna qədər təcavüzkar ölkələrin koalisiyası atəşkəsin humanitar aspektinə əməl etməyə ciddi yanaşacaqlar”.

5- Yəmən Neft Şirkətinin verdiyi məlumata görə, Səudiyyə koalisiyası mayın 6-da 29,226 ton dizel daşıyan “Şahzadə Xədicə” gəmisi və mayın 8-da 31,959 ton dizel daşıyan “Yehud” gəmisinin yoxlanılması və BMT tərəfindən giriş icazələrinin alınmasına baxmayaraq ələ keçirib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir