Seyid Həsən Nəsrullah: Müqavimətin mövcudluğu Livanın Təl-Əviv tərəfindən bombalanmasının qarşısını alır

Çərşənbə axşamı 10 May 2022 - 11:31
https://az.iswnews.com/?p=6858

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, dünən Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah hərəkatın Sur və Əl-Nəbəti şəhərlərində keçirilən seçki konfransında çıxış edib.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah çıxışının əvvəlində deyib: Bu seçkilərdə müqavimət ölkənin iqtisadi böhranını həll etməyə çalışır. Bir sorğu göstərdi ki, insanlar üçün vacib olan iqtisadiyyat, dolanışıq və korrupsiya məsələsidir və az sayda insan müqavimət silahını bəyan etmişdir, lakin təəssüf ki, bəzi siyasi qruplar bu məsələni (müqavimətin silahını) hədəfə alıb.

Seyid Həsən bu qrupların bir neçə ay əvvəl seçki müharibəsi üçün müqavimət silahlarından istifadə etdiklərinə işarə edərək, qeyd edib ki, müqaviməti tərksilah edib Hizbullahdan xilas olmaq istəyənlər qəsbkar sionist rejimin Fələstində formalaşmasından bu yana cənubdakı problemlərdən xəbərləri yoxdur.

Nəsrullah sionist rejimin cinayətlərinə toxunaraq deyib: Bununla belə, bəzi siyasətçilər İsraili düşmən hesab etmir və onun Livan suyuna və qazına həris olduğunu qəbul etmirlər. Siyasətçilərdən biri 2006-cı ildə bir iclas zamanı demişdir ki, İsrail Livana təcavüz etməyib və Livan üçün təhlükə deyil və ya onunla bağlı problem yaratmır. Bu şəxs ya cahildir, ya da özünü cahil kimi göstərmişdir.

Hizbullahın baş katibi deyib: “İsrailin hücumlarının müqavimət əməliyyatına cavab olduğunu söyləyən hər kəsə 1960-cı illərə qədər heç bir əməliyyat keçirilmədiyini deyirik. Bu yalandır. Hətta əllinci illərdə düşmən ordusu kəndlərə hücum edərək evləri dağıdıb, təhlükəsizlik qüvvələrini öldürüb.

O, bu seçki müharibəsində bəzi siyasi qrupların müqavimətə zərbə vurmaq cəhdlərinə toxunaraq, İmam Musa Sədr haqqında belə aydınlıq gətirib: “İmam Musa Sədr müqaviməti qurmuş və onun rəhbəri olmuşdur. Livana daxil olduqdan sonra o, hökuməti İsrailin hücumları qarşısında Livanın cənubunu dəstəkləməyə çağırmış və sərhəd bölgələrinə daha çox qoşun göndərilməsini istəmişdir. O, hətta cənubun müdafiəsi üçün silah götürməyə hazır olduğunu bildirmişdir. Amma cənub hökumət üçün mühüm deyildi.
İmam Musa Sədr cənub gənclərini öz torpaqlarını müdafiə etmək üçün yetişdirmək istəyirdi, lakin hökumətin səhlənkarlığı ucbatından bu gənclər silahlı müqavimət variantına üz tutdular. O, hətta müxtəlif ərəb ölkələrinə onları Livanın cənubunu dəstəkləməyə qane etmək üçün səfər etmişdir. İmam Musa Sədr Livan hökumətinin də ona qulaq asmadığını bildirmişdir. Hər kəs bilməlidir ki, cənublular niyə silahlı müqavimətə başlayıblar. Bu, onların seçməli olduğu bir məcburi addım idi. Bu, hökumətin xalqı tək qoymasının nəticəsi idi.

Seyid Həsən daha sonra deyib: İmam Sədr silahdan istifadə təlimini namaz və Quran tilavəti kimi vacib hesab etmişdir. O vurğulamışdır ki, özünümüdafiə üçün hökumətdən icazə tələb olunmağa ehtiyac yoxdur. O, İsraili məhv etməyə çağıran ilk adamlardan biri idi. O, cənubun İsrailin istəklərini puça çıxarmaq üçün möhkəm qaya kimi olmasını istəyirdi. İmam Sədr vurğulamışdır ki, Qüdssüz həyat ölüm və zillətdir və əgər müsəlman və ya xristian Qüdsü tərk edirsə, bu onun öz dinini tərk etməsi deməkdir.

Müqaviməti tərksilah etməyə çağıran və Livanın bütün işğal olunmuş ərazilərini azad etmək üçün hücumda onun bütün milli nailiyyətlərinə məhəl qoymayanlara müraciət edən Nəsrullah deyib: Bu insanlar bu müqavimətin qələbələrinə məhəl qoymurlar. düşmən olan İsrail o zaman bütün cənubu işğal etdi. Müqavimət bütün dəstələri ilə nəhayət ki, Livanın işğal olunmuş ərazilərini və bütün əsirləri ləyaqət və şərəflə azad edə bildi. Təbii ki, bəzi cədələri tapılmayanlar da var. Böyük İsrail planının tabutuna müqavimət son mismarı vurdu. İndi də Fələstin xalqı İsrailin böyük təsvirini darmadağın edir. Müqavimətin nailiyyətlərindən biri də onun məğlubedilməz (sionist) ordu fikirini aradan götürməsi və Livanda dini fitnənin qarşısını almasıdır. Livana və region ölkələrinə qarşı müqavimət azad olmaq qabiliyyətinə inam və imanı bərpa etdi. Amma bu gün müqavimətdən daha vacib olan Livanın cənubunu təcavüzdən qorumaqdır ki, müqavimət cəbhəsi bu işi görür. Bu gün düşmənə qarşı çəkindirmə tənliyini yaradan müqavimətdir.

Hizbullahın baş katibi təkcə müqavimətin mövcudluğunun sionist rejimin Livanı bombalamağa cəsarət etməməsinə səbəb olduğunu deyib və əlavə edib: Bu gün biz iqtisadi böhranla üz-üzəyik. Sularımızda yüz milyardlarla dollar var. Mən Livan hökumətinə deyirəm ki, sizin qızıl imkanınız var, Ukrayna böhranından sonra Avropa başqa qaz və neft mənbələri axtaracaq və bunlar bizim dənizimizdə var. Bizdən neft, qaz alacaq adamlar olacaq.

O, Livan hökuməti və xalqına xitab edərək, onların sionist rejimin Livan sularında qazma işlərinin qarşısını ala biləcək güclü müqaviməti olduqlarını bildirib və qeyd edib ki, müqavimət mübahisəli ərazilərdə qazıntı aparan düşmənə deyə bilər ki, əgər siz Livana icazə verməsəz, bizdə sizə bu işi qadağan edəcəyik. Əgər Hizbullah bununla bağlı ciddi təhdid etsə, heç bir şirkət mübahisəli əraziyə gəlməyə cürət etməyəcək. Buna gücümüz və cəsarətimiz çatır. Düşmənin geri çəkiləcəyinə heç kim şübhə etmir.

Seyid Həsən Livan xalqı qarşısında çıxışının sonunda deyib: Bu gün sizdən müqavimət və onun müttəfiqlərini dəstəkləməyinizi xahiş edirəm. Bu müqavimət bütün Livan xalqına məxsusdur. Bu gün 33 günlük siyasi müharibədə qalib gəlməlisiz. Bu gün biz bu müharibəni qürurla qazanacağıq və siyasi müqaviməti davam etdirəcəyik. Livan böhranının həlli üçün hər hansı bir ümid varsa, bunun səbəbi müqavimətdir. Heç kəs düşünməməlidir ki, müqaviməti bir kənara qoymalıdır. Livanı dəstəkləmək və müdafiə etmək və onun neft ehtiyatlarını çıxarmaq istəyən hər kəs seçkilərdə müqavimətə və onun müttəfiqlərinə səs verməlidir.

Hizbullahın baş katibi Livanda müqavimətin son dərəcə hazırlıq vəziyyətində olduğunu bildirərək, sionist rejimə müraciətinin sonunda deyib: Livana qarşı hər hansı bir səhvə cavab verməkdən çəkinməyəcəyik. Sizin manevrinizdən, ordunuzdan və varlığınızdan qorxmuruq. Biz sizin Hörümçək evindən daha zəif olduğunuza inanırıq.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir