Pəncşir və Bəğlanda baş verən son hadisələr, 9 May 2022

Bazar ertəsi 9 May 2022 - 23:34
https://az.iswnews.com/?p=6827

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əhməd Məsudun qüvvələri Taliban silahlıları ilə bir neçə gün davam edən şiddətli döyüşlərdən sonra Pəncşir, Bəğlan və Təxar əyalətlərində irəliləyişlərini stabilləşdirə biliblər.

Pəncşir və Bəğlanda toqquşmaların şiddətlənməsi və Əhməd Məsud qüvvələrinin Təxar vilayətinin Versaj şəhərinə gəlməsinin ardınca Əhməd Məsud qüvvələri cümə günü Mayın 6-da axşam saatlarında Pəncşir vilayətinin Xanc və Dərreh şəhərlərində Taliban hərəkatının mövqelərinə silsilə hücumlar təşkil edib. Bu hücumlar nəticəsində 68 Taliban üzvü öldürüldüyü bildirilir. Son günlər Əhməd Məsuda bağlı media iki şəhərin əksər ərazilərinə nəzarəti ələ keçirib və qarşıdurmaların Bazarak və Deh Parian şəhərlərinə keçdiyini bildirib. Lakin ilk günlərdə Taliban bu bölgələrlə bağlı xəbərləri təkzib edərək, Əhməd Məsud qüvvələrinin irəliləyişlərini qeyri-real adlandırıb.
Hər iki tərəfin ziddiyyətli iddialarına baxmayaraq, üç cəbhədə yəni Pəncşir, Şərqi Bəğlan və Cənubi Təxarda toqquşmalar hələ də davam edir. Bu cəbhələrin təfərrüatları belə dir:

1- Cənubi Təxar:
Mayın 5-də Əhməd Məsudun qüvvələri Versajın cənubunda Taliban mövqelərinə hücum edərək, Pajak Bala, Miyan Şəhr, Band-e-Bərq, Xaneqah, Pakani və 7 kənd də daxil olmaqla on kəndi Talibanın nəzarətindən çıxarıb. Bu məğlubiyyətdən sonra Taliban mayın 7-də itirilmiş mövqelərini geri almaq üçün hücumlar həyata keçirdi və İmand bölgəsində 12 itki ilə yenidən məğlub olaraq geri çəkildi. Əhməd Məsud qüvvələri bu mövqeləri qoruyub saxlaya bilsələr, onların növbəti addımı Versaj şəhərini tutmaq ola bilər.

2- Pəncşir yüksəklikləri:
Mayın 6-da Xalid Əmirinin komandanlığı altında Əhməd Məsud qüvvələri Dareh şəhərinin nəzarətini ələ keçirdiklərini iddia edərək, Dareh şəhərinin Abşar bölgəsində Taliban silahlılarının mövqelərinə hücuma keçiblər.
Mayın 6-da Əhməd Məsudun qüvvələri Taliban nəzarət-buraxılış məntəqələrinə iki istiqamətdən: Abdullah Xeyl vadisi və Dareh Hazara vadisindən hücum edib. Bu hücumlar nəticəsində Dareh Abdullah Xeyl təmizləndi və Dareh şəhərində əsir götürülən Taliban qubernatorunun qardaşı da daxil olmaqla, 3 Taliban üzvü, o cümlədən 6 nəfər öldürüldü. Toqquşmalarda Əhməd Məsud qüvvələrinin cəbhə komandirlərindən biri, əvvəlki hökumətdə 901-ci Kəşfiyyat İdarəsinin zabiti Məhfuz Pəncşiri də öldürülüb.
Yerli mənbələrin məlumatına görə, Taliban Əhməd Məsudun qüvvələrini məğlub etdikdən sonra Abdullah Xeyl vadisindən geri çəkilib və geri çəkilmə zamanı biri qadın olmaqla 8 mülki vətəndaşı güllələyib.

3- Şərqi Bağlan:
Əhməd Məsud qüvvələrinin Pol-e Hesar və Nobahar bölgələrinə də hücumları mayın 6-da general “Xeyr Məhəmməd Əndərabinin” komandanlığı ilə başlayıb. Əhməd Məsud qüvvələrinin sözçüsü Sebğətullah Əhmədinin sözlərinə görə, Taliban 27 nəfəri öldürüb, daha 10 nəfəri yaralayıb, onları Hesar körpüsü, Xeyr Dareh və Dareh Jar-dan geri çəkilməyə məcbur edib və onların bölgələri geri almaq üçün hücumlarının qarşısı alınıb. Bu döyüşlərdə Taliban Əfqanıstan Ordusunun helikopterləri, ağır artilleriya və Bədrinin xüsusi təyinatlıları, kamikadze eskadromu və Qırmızı qrupun dəstəyinə malik olub.

Talibanın Müdafiə Nazirliyi Pəncşirdə öldürülənlərin cəsədlərini Helmənd, Qəndəhar və Xost əyalətlərinə təhvil verdikdən sonra taliban tərəfdarı olan puştun tayfaları Əhməd Məsud qüvvələrinə qarşı döyüşmək üçün silahlarını toplayıb Pəncşirə doğru yola düşüblər. Yerli mənbələrə və video sənədlərə görə, bir çox puştun qəbilələri Pəncşirə göndərilmək üçün könüllü olaraq müraciət ediblər və Talibanın Müdafiə Nazirliyi onlara “Qəndəhar mücahidləri”, “Xost mücahidləri” və “Helmənd mücahidləri” adını verib.

Nəticə etibarı ilə bu hadisələr Pəncşir və Bəğlanda münaqişənin yüksək intensivliyindən xəbər verir və Təxardan başqa Əfqanıstanın digər əyalətlərinə də yayıla bilər. Taliban qüvvələrinin könüllü puştun tayfalarından istifadə etməsi Taliban liderlərinin Əfqanıstanda gələcək hadisələrlə bağlı təhlükə hiss etmələrinə işarədir. Əhməd Məsuddan tutmuş Azadlıq Cəbhəsinə və hətta İŞİD-ə qədər onların müxalifət qrupları Talibana daha çətin günlər vəd edib və bu, naməlum hava hücumları ilə birlikdə Taliban Əmirliyi hökuməti üçün təhlükəsizlik probleminə çevrilib.

Daha çox oxuyun:
Bəğlanda Taliban və Əhməd Məsud qüvvələri arasında toqquşmalarla bağlı son xəbərlər
Əfqanıstanda və Pakistanda baş verən son hadisələr, 6 May 2022
Qəzni şəhərində Taliban mövqelərinə naməlum hava zərbələri endirilib

Video: Taliban qüvvələrinin karvanı Pəncşir əyalətinin mərkəzi Bazarak şəhərindən keçir
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir