İsrail Ordusu: Sinvarın öldürülməsi gündəmdə olmamalıdır!
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail ordusu siyasi məmurlara HƏMAS-ın Qəzza zolağında siyasi bürosunun rəhbərinin öldürülməsi ilə bağlı qərar qəbul etməməyi tövsiyə edib.
Mayın 7-də sionist mediası olan “Yedioth Ahronoth” qəzeti iddia edib ki, İsrail ordusu öz siyasi məmurlarına HƏMAS-ın Qəzzadakı siyasi ofisinin rəhbəri Yəhya Sinvarın öldürülməsi ilə bağlı qərar qəbul etməməyi tövsiyə edib.
İsrail təhlükəsizlik rəsmiləri Baş Qərargahın tövsiyəsinə əsasən, Yəhya Sinvarın öldürülməsinin hazırkı vəziyyətdə səhv olduğunu bildirib.
Əl-Qəssam taborları sözçüsü Əbu Ubeydə mayın 7-də bəzi sionist rəsmilərin və analitiklərin Yəhya Sinvarın qətli ilə bağlı açıqlamalarından sonra sionist rejimini Sinvarın və ya müqavimət liderlərindən hər hansı birinin öldürülməsi ilə bağlı sərt şəkildə xəbərdar edib və vurğulayıb ki, bu cür axmaqlıq regionda zəlzələ deməkdir və dağıdıcı və görünməmiş reaksiyaya səbəb olacaq.
Bununla bağlı ibrani dilli Kan kanalı sionist rejimin iqtisadiyyat nazirinin müavini “Yair Qolana” istinadən bildirib ki, HƏMAS-ın yüksək rütbəli rəhbərlərinin öldürülməsi hökumətin sabitliyinə və şübhəsiz ki, ordunun sabitliyinə xələl gətirəcək amillərdən biridir.
Rəy