İsrail hərbçiləri Əl-Aad əməliyyatçılarını həbs edib + VİDEO

Bazar ertəsi 9 May 2022 - 12:30
https://az.iswnews.com/?p=6736

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin təhlükəsizlik qüvvələri üç günlük böyük axtarış əməliyyatlarından sonra Əl-Aad əməliyyatçılarını həbs etməyə nail olublar.

Təl-Əvivin şərqindəki Əl-Aad bölgəsində anti-sionist əməliyyatdan üç gün sonra İsrail təhlükəsizlik qüvvələri genişmiqyaslı axtarış əməliyyatından sonra “Əsəd ər-Rifai” və “Sobhi Emad” adlı iki gənc fələstinlini dünən əməliyyatın keçirildiyi yerdən 500 metr aralıda tapmağa müvəffəq olub.

Sionist mediası olan “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, əməliyyatçıların birinin məqsədi sionistlərdən Məscidül-Əqsaya hörmətsizliyə görə qisas almaq olub.

HƏMAS hərəkatının sözçüsü Hazem Qasim Əl-Aad əməliyyatını törədənlərin həbsindən sonra deyib: Sionist düşməni tam hazır vəziyyətə gətirən, bu rejimin zəif təhlükəsizlik sistemini ifşa edən və Məscidül-Əqsanın müdafiəsi üçün qəhrəmancasına əməliyyat edən Əl-Aad əməliyyatının qəhrəmanlarına salam olsun.
İslami Cihad Hərəkatı həmçinin elan edib: Əl-Aad əməliyyatının qəhrəmanları sionist düşmənin və onun təhlükəsizlik sisteminin zəif və acizliyini ortaya qoydular.

Xatırladaq ki, mayın 5-də axşam saatlarında bu iki gənc fələstinlinin Təl-Əvivin şərqindəki Əl-Aad bölgəsində keçirdikləri əməliyyat nəticəsində 3 sionist öldürülmüş, 4 nəfər isə yaralanmışdır. Əməliyyat təxminən 1000 sionistin İsrail rejimi polisinin himayəsi altında Əl-Əqsa məscidinə hörmətsizliklərindən sonra həyata keçirilmişdir.

Daha çox oxuyun: Təl-Əvivin şərqində əməliyyat; Üç sionist öldürüldü

Sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən Əl-Aad əməliyyatının icraçılarının həbs olunma anı
Əl-Aad əməliyyatının icraçılarından biri olan Əsəd ər-Rifainin açıqlaması
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir