İŞİD Tacikistanla sərhəd bölgələrə raket zərbələri endirib
“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, İŞİD terrorçuları Əfqanıstanın şimalından bir neçə raket ataraq Tacikistanın sərhəd bölgələrinə hücum ediblər.
İŞİD terror qruplaşması bəyanat yayaraq, mayın 7-də Tacikistanın sərhəd bölgələrinə 7 raket atdığını açıqlayıb. Raket hücumu Taxar əyalətinin Xace Ğar şəhərində həyata keçirilib, bundan sonra tacik əsgərləri hücumun mənbəyinə və İŞİD əməliyyatçılarının maşınına atəş açıblar.
İŞİD-in bəyanatına baxmayaraq, Tacikistan hökuməti hücumun “Camaat Ənsarullah” terror qruplaşması tərəfindən törədildiyini iddia edir.
“Camaat Ənsarullah” 2010-cu ildə Əmirəddin Təbərf adlı şəxs tərəfindən yaradılan tacik ekstremistlər qrupunun adıdır. Qrupun silahlıları Əfqanıstanın şimalında yerləşir və Tacikistan hökumətinə qarşı işləyirlər.
Daha çox oxuyun:
İŞİD Özbəkistan sərhəd-keçid məntəqəsinə raketlərlə hücum edib + VİDEO
Rəy