Təl-Əvivin şərqində əməliyyat; Üç sionist öldürüldü
“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, Təl-Əvivin şərqindəki Əl-Aad bölgəsində iki fələstinlinin keçirdiyi əməliyyat nəticəsində ən azı 3 sionist öldürülüb, 4-ü isə yaralanıb.
Mayın 5-də axşam saatlarında İbrani mənbələri Təl-Əvivin şərqindəki Əl-Aad bölgəsində silahlı insidentin baş verdiyini bildirib. Bir neçə dəqiqə sonra məlum olub ki, hadisə anti-sionist əməliyyat olub və hadisəni törədənlər sionistlərə hücum etdikdən sonra müvəffəqiyyətlə hadisə yerindən qaçıblar. Bu əməliyyat nəticəsində 3 sionist öldürülüb, daha 4 nəfər yaralanıb, onlardan ikisinin ağır yaralandığı bildirilir.
Yedioth Ahronoth elan edib: Bu gecə (5 may) Təl-Əvivin şərqində əməliyyatın icraçıları iki nəfər olub, onlardan biri balta ilə sionistlərə hücum edib, ikincisi isə silahlı olub. Əl-Aadda bu gecə həyata keçirilən əməliyyatın səbəbkarlarından birinin sionisti soyuq silahla öldürdükdən sonra onun silahını qənimət götürüb.
Bəzi İsrail mənbələrinin əməliyyatın icraçılarının İsrail təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü bildirməsinə baxmayaraq, İsrail polisi Təl-Əvivin şərqindəki Əl-Aad bölgəsindəki əməliyyatçıların hələ də azadlıqda olduğunu və axtarış əməliyyatlarının həyata keçirilməsini bildirib.
Hərbi nazir Benny Gantz və Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Avio Kuxavi Əl-Aad əməliyyatından sonra təhlükəsizlik və hərbi vəziyyətə nəzər salmaq üçün görüş keçiriblər.
İsrail təhlükəsizlik rəsmiləri Əl-Aad əməliyyatının səbəbkarlarının İordan çayının qərb sahilindəki Cənin sakinləri olduğunu təxmin edir.
Həmas sözçüsü Əbdül Lətif Qanu Əl-Aad bölgəsində ötən gecə keçirilən əməliyyata reaksiya verərək deyib: “Əl-Aad əməliyyatı Məscidül-Əqsanın bizim qırmızı xəttimiz olduğuna dair müqavimət xəbərdarlığının əməli şəkildə həyata keçirilməsidir”.
Fələstin İslami Cihad Hərəkatı da elan edib: Sionist işğalçı qüvvələr və mühacirlərin hücumundan sonra Əl-Aad əməliyyatı Məscidül-Əqsa üçün böyük qələbədir.
Qeyd edək ki, dünən 1000-ə yaxın işğalçı sionist mühacir İsrail rejimi polisinin himayəsi altında Məscidül-Əqsaya hörmətsizlik etmişdilər.
– Fələstinin işğal olunmuş ərazilərində fələstinlilərin apardığı son iki ay ərzində ən azı 19 sionist öldürülüb. Sionist rejimin təhlükəsizlik və kəşfiyyat orqanlarının bu əməliyyatların qarşısını ala bilməməsi işğal olunmuş ərazilərdə təhlükəsizlik, qorxu və narahatlığı xeyli artırıb.
Daha çox oxuyun:
Təl-Əvivin mərkəzində silahlı atışma; 3 sionist həlak, 15 nəfər yaralanıb + FOTO və VİDEO
Təl-Əvivin şimalında iki fələstinli əməliyyat keçiriblər + VİDEO
Gənc fələstinli cihadi əməliyyat keçirib + Video
Rəy