Xalqdan üz çevirərək Taliban lideri Qəndəharda çıxış edib!
“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, Talibanın lideri Molla Həbətullah Axundzadə Qəndəharda Fitr bayramı namazında iştirak edib və xalqdan üz çevirərək çıxış edib.
Mayın 1-də bazar gününün Fitr bayramı elan edilməsindən sonra Taliban lideri Molla Həbətullah Axundzadə Qəndəhardakı İydqah məscidində keçirilən bayram namazında iştirak edib və orada xalqa arxa çevirərək çıxış edib.
Qısa çıxışında o, Fitr bayramının gəlişi, Talibanın qələbəsi, Əfqanıstandakı ümumi təhlükəsizliyin olması və İslam şəriətinin yaranması münasibətilə xalqı təbrik edib və 110 minlik ordu və güclü kəşfiyyat idarəsi yaratdıqları üçün Taliban rəsmilərinə təşəkkür edib.
Molla Həbətullah Axundzadə Əfqanıstanda Talibanın hakimiyyəti ələ keçirməsindən sonra dördüncü dəfədir ki, media məhdudiyyətləri ilə ictimai tədbirlərə qatılır. 2022-ci il 21 martdan indiyədək onlarla terror aktının yaranmasına baxmayaraq, Əfqanıstanın ümumi təhlükəsizliyinin qiymətləndirilməsi və bu hücumlar nəticəsində şəhid olanlar və yaralananlar barəsində birşey deməməsi Taliban liderinin son açıqlamalarında şübhə doğuran məqamlardan biridir.
Rəy