Sincarda baş verən son hadisələr, 2 May 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, İraq mərkəzi hökumətinin Kürdüstan Bölgəsi ilə Sincar şəhərinin idarə olunması ilə bağlı razılaşmasına baxmayaraq, PKK-ya bağlı silahlılar mövqelərini tərk etmək istəmirlər və İraq ordusu qüvvələrinin Sincar və ətrafının bəzi ərazilərinə daxil olmasına mane olurlar.
18 apreldə “Sincar Müdafiə Birlikləri (YBS)” qüvvələrinin nəzarət məntəqəsindən dayanmadan keçən İraq ordusu karvanı atəşə tuş gəlib. “Sincar Müdafiə Birlikləri (YBS)” və “İzəd Xan Müdafiə Birlikləri (HPE)” də İraq ordusu qüvvələrinin nəzarəti altında olan ərazilərə daxil olmasının qarşısını alıb.
Digər tərəfdən, İraq ordusu qüvvələri silahlılara İraqın istənilən yerinə gedəcəklərini və heç kimin ordu qüvvələrinin qarşısını almağa haqqı olmadığını bildiriblər.
PKK-ya bağlı silahlı şəxslərin Sincarın şimal-qərbidəki Sinuni-Xane birləşdirən yolu bağlamalarından və bu gün səhər (bazar ertəsi) İraq ordusunun Neynəva əyalətindəki bölmələrinin yenidən həmin yolu açmaq üçün əməliyyata başlamasından sonra Sincar bölgəsində gərginlik artıb.
Əməliyyat başlayandan sonra “İzəd Xan Müdafiə Birlikləri (HPE)” snayperləri İraq ordusu qüvvələrini hədəfə alıb, buna cavab olaraq İraq ordusunun əsgərləri snayperlərin olduğu yerə atəş açıblar.
Bu əməliyyat nəticəsində İraq ordusu Sinuni məntəqəsinə nəzarəti ələ keçirib. İraq ordusu qüvvələrinin Sinuni məntəqəsinə nəzarəti ələ keçirdikdən sonra 100-ə yaxın ailənin bölgəni tərk etdiyi bildirilir.
Bir neçə saat əvvəl İraq ordusu və Sincar bölgəsindəki PKK-ya bağlı silahlılar bölgəyə zirehli qüvvələr göndərib və ordu helikopterləri Sincar üzərində uçuşlar həyata keçirib.
Sincar şəhər şurasının üzvü deyib: İraq ordusu qüvvələri Abdullah Öcalanın şəkillərini və posterlərini, Fəhlə Partiyası və ona bağlı qrupların bayraqlarını yığışdıraraq yerinə İraq bayrağını yerləşdiriblər. Onun sözlərinə görə, yeni zirehli qüvvələrin məntəqəyə göndərilməsi İraq ordusunun Sincarın bütün ərazilərinə daxil olmaq əzmində olduğunu göstərir.
Son məlumata görə, İraq ordusu PKK-ya bağlı silahlılara Sincar ətrafındakı mövqelərini tərk etmələri üçün bir neçə saat vaxt verib, əks halda onları “böyük zərbə” gözlədiklərini bəyan edib.
Digər tərəfdən, “Sincar Müdafiə Birlikləri(YBS)” qüvvələrinin yerləşdirilməsi onların mövqelərini və Sincar ətrafındakı əraziləri tərk etmək niyyətində olmadıqlarını göstərir!
Hadisələr son aylarda iki yüksək rütbəli hərbi heyətin Sincara daxil olması və ordunun Sincara girməsinin qarşısını almamaq üçün PKK ünsürləri ilə razılığa gəlməyə çalışdığı vaxta təsadüf edir.
Xatırladaq ki, 2020-ci il oktyabrın 9-da Əl-Kazimi hökuməti ilə Kürdüstan Demokratik Partiyası arasında Sincar bölgəsi ilə bağlı Sincar şəhərinin birgə idarə olunması və PKK-ya bağlı silahlıların və İraqın Həşd-Şəəbi qüvvələri bu ərazinin beş kilometrliyinədək geri çəkilməsinə dair müqavilə imzalanıb. Razılaşmada Sincar daxilində təhlükəsizliyə polis və İraqın təhlükəsizlik qurumlarının cavabdeh olacağı, digər silahlı qrupların isə İraqın Birgə Əməliyyat Komandanlığı və Həşd-Şəəbi təşkilatının nəzarəti altında şəhərdən çıxarılması nəzərdə tutulub.
Razılaşmaya baxmayaraq, PKK-ya bağlı silahlılar hələ də Sincarda mövcuddurlar və bu, razılaşmanın həyata keçirilməsinə mane olurlar.
Rəy