Sionist rejim Rusiya səfirini çağırıb

Çərşənbə axşamı 3 May 2022 - 06:39
https://az.iswnews.com/?p=6410

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, Rusiya xarici işlər nazirinin açıqlamalarından sonra Rusiyanın İsraildəki səfiri sionist rejimin Xarici İşlər Nazirliyinə çağırılıb.

Mayın 1-i Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliyaya aid kanala müsahibəsində deyib: “Ukrayna prezidenti Vladimir Zelenskinin yəhudi olması Ukraynada nasist ünsürlərinin mövcudluğunu inkar etmir. İnanıram ki, Hitlerin yəhudi qanı var idi və ən pis antiyəhudilərdən bəziləri yəhudilərin özləridir.“
Rusiya xarici işlər naziri sözünə əlavə edib: Ukrayna hökuməti ifratçı nasistlərin və ABŞ hökumətinin alətinə çevrilib.

Bu açıqlamalardan sonra Rusiyanın işğal olunmuş Fələstindəki səfiri Anatoli Viktorov İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.
İsrailin xarici işlər naziri Yair Lapid də Sergey Lavrovun sözlərini Ukrayna prezidenti Zelenskini nasist Almaniyası diktatoru Adolf Hitlerlə müqayisə etməsini, dəhşətli tarixi səhv kimi qiymətləndirib.

Rusiya ilə sionist rejim arasında gərginlik artıb. Rusiyanın Ukraynada hərbi əməliyyatının başlamasından indiyədək sionist rejim Rusiyanın hərəkətlərini pisləyib və həmçinin Rusiyanın BMT İnsan Haqları Şurasında üzvlüyünün dayandırılmasının lehinə də səs verib.
İsrailin xarici işlər naziri bir neçə gün əvvəl Afinada Yunanıstan və Kipr xarici işlər nazirləri ilə görüşdən sonra Rusiyanın Ukraynada hərbi cinayət törətdiyini iddia etdi!
Bu mövqelərə əlavə olaraq, aprelin 20-də İsrailin müdafiə naziri Ukraynanın təkrar müraciətlərindən sonra mülki yardım qüvvələrinin və tibb işçilərinin istifadəsi üçün ölkəyə gülləkeçirməz jiletlərin və dəbilqələr göndəriləcəyini açıqlamışdır.
Rusiyanın Təl-Əvivdəki səfiri İsrailin Ukraynaya hərbi yardım xəbərinə cavab olaraq bildirib ki, Kiyevə müdafiə ləvazimatları göndəriləcəyi təqdirdə Moskva cavab verəcək.

Zaman keçdikcə Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Rusiya rəsmiləri və sionist rejimin qərar və bəyanatlarının iki tərəf arasında münasibətlərə necə təsir etdiyi bəlli olacaq.

Daha çox oxuyun:
Rusiya: İsrail Ukraynaya müdafiə avadanlığı göndərərsə, Rusiya cavab verəcək!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir