İordan çayının qərb sahilində üç fələstinli namazqılan yaralanıb

Çərşənbə axşamı 3 May 2022 - 05:51
https://az.iswnews.com/?p=6404

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, sionist rejim hərbçiləri Ramallahın qərbindəki Nalin qəsəbəsində fələstinli namazqılanlara hücum ediblər.

İsrail qüvvələrinin Ramallahın qərbindəki Nalin qəsəbəsində fələstinli namazqılanlara etdikləri hücum nəticəsində 3 fələstinli yaralanıb. Sionistlər fələstinli namazqılanlara qarşı həqiqi güllə, plastik güllə və gözyaşardıcı qazdan istifadə ediblər. Şahidlər bildiriblər: Bir gənc fələstinli də sionist rejim hərbçiləri tərəfindən saxlanılıb.

Qeyd edək ki, aprel ayında 23 fələstinli sionist rejim tərəfindən işğal olunmuş ərazilərin müxtəlif yerlərində güllələnərək şəhid edilib. Həmçinin İsrail işğalçıları ilə qarşıdurmalarda daha 1623 nəfər yaralanıb.

Daha çox oxuyun:
Son 24 saatda 5 fələstinli şəhid olub
Son 24 saatda 4 fələstinli şəhid olub

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir