Ənsarullah Səədə əyalətinin şərqində irəliləyib
İslam Dünyası Xəbərləri informasiya mərkəzi xəbər verir ki, Ənsarullah Tiybət Əl-İsm bazasını və Səədə əyalətinin şərq səhrasının bir hissəsini Səudiyyə koalisiyasının nəzarətindən azad edib.
Bu əməliyyatda Ənsarullah Səədə əyalətinin şərq səhra ərazilərindən 160 kvadrat kilometrdən çox ərazini, o cümlədən: Tiybət Əl-İsm bazası, Əl-Qəzamil, Əl-Qahirə, Əl-Rəbəə, Əl-Rəmlə Əl-Səvda və Əl-Məhur yüksəklikləri azad etməyə müvəffəq olub.
Bu hücumlar zamanı Ənsarullah tərəfindən ondan çox tank, hərbi maşın və zirehli texnika məhv edilərək yandırılıb, Tiybət Əl-İsm bazasında Səudiyyə koalisiyasının hərbi təchizatları isə Ənsarullah qüvvələri tərəfindən qənimət götürülüb.
Ənsarullah bundan əvvəl 24 dekabr 2021-ci ildə Fəcr əs-Səhra əməliyyatı zamanı Əl-Cəvf əyalətinin şimalındakı Əl-Yətmə qəsəbəsini və Tiybət Əl-İsm bazasına və Əl-Əcaşir səhrasına baxan yüksəklikləri azad etmişdi.
Rəy