İŞİD-in İraqdakı yeni əməliyyatlarının statistikası!

Şənbə 30 Aprel 2022 - 14:16
https://az.iswnews.com/?p=6213

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, “Əsseru Lişşeyxeyn” əməliyyatı zamanı İŞİD-in İraqın müxtəlif əyalətlərində həyata keçirdiyi hücumların sayı bu qrupun 21 martdan 17 aprelədək həyata keçirdiyi terror hücumlarının ümumi sayını keçib.

Aprelin 17-də İŞİD-in rəsmi sözçüsü Əbu Ömər əl-Muhacir səs yazısında İŞİD-in öldürülən komandirlərinin qanlarına (Əbu Bəkr Əl-Bağdadi və Əbu Həmzə əl-Quraşi) cavab olaraq müxtəlif ölkələrdə “Əsseru Lişşeyxeyn” adlı yeni əməliyyatın başladığını elan etmişdir.
Elandan sonra İŞİD ünsürlərinin İraqın bir neçə bölgəsində sui-qəsdlər və əməliyyatlar həyata keçirmələri, bu terror aktları üçün əvvəlcədən planların qurulduğunun göstəricisidir.
Bu 28 gün (21 mart-17 aprel arası) ərzində İŞİD terrorçuları İraqın təhlükəsizlik qüvvələrinə qarşı ümumilikdə 27 əməliyyat keçirmişdilər ki, bu da “Əsseru Lişşeyxeyn” əməliyyatının başlandığını elan etdikdən sonra (17 apreldən 29 aprel tarixinə kimi) 52 əməliyyata çatıb. Həmçinin, İŞİD-in İraqdakı hücumlarının sayı bu terror qruplaşmasının Suriyadakı hücumlarının sayından təxminən altı dəfə çoxdur.

İŞİD-in hücumları gücləndikcə, məsələnin vacibliyini dərk edən İraq təhlükəsizlik rəsmiləri dərhal İraqın müxtəlif əyalətlərində İŞİD ünsürləri ilə mübarizə aparmaq üçün bir sıra əməliyyatlar keçirməyi əmr ediblər.
Son günlər İŞİD hərəkatlarının artmasının ardınca Həşd-Şəəbi təşkilatının qüvvələri federal polis və İraq ordusu ilə birlikdə Ənbar, Neynəva, Babil və Səlahəddin əyalətlərində bir neçə əməliyyat keçirib.
Bu əməliyyatlar zamanı bir sıra İŞİD ünsürləri məhv edilib, terrorçu qruplaşmanın sığınacaqlarının bir hissəsi aşkar edilərək məhv edilib.

İraqda İŞİD ünsürlərinin hücum növləri və hərəkətlərinin tədqiqi göstərir ki, əgər İraq təhlükəsizlik rəsmiləri bu terror qruplaşması ilə mübarizə aparmaq və İŞİD qüvvələrinə qarşı yalnız hərbi miqyasda mübarizə aparmaq üçün düzgün və vaxtında qərarlar qəbul etməsələr, bu ölkədə önümüzdəki həftələrdə terror hücumları miqyasında artım gözlənilməlidir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir