Sistan və Bəlucistan əyalətindəki Ceyşül-Ədl qruplaşmasının izləri görsənir
İslam Dünyası Xəbərləri agentliyinə əsasən; “Ceyşül-Ədl” adlı terror qruplaşması altı aylıq döyüşçü hazırlığının yekunlanması mərasiminin videosunu yayıb.
“Ceyşül-Ədl” kimi tanınan terror qruplaşması bundan əvvəl bəyanatlar verərək, bu ilin noyabr və yanvar aylarında Kirman əyalətinin şərqi və Sistan və Bəlucistan əyalətində baş verən qarşıdurmalara görə məsuliyyəti öz üzərinə götürmüşdü. Ceyşül-Ədl İranın Sistan və Bəlucistan əyalətində və Pakistanın Bəlucistan əyalətində 2012-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusu və Təhlükəsizlik Xidmətləri tərəfindən “Cundullah” adlı terror qruplaşmasının məhv edilməsindən sonra yaradılan terror qruplaşmasının adıdır.
Qrup İranın cənub-şərq bölgələrində silahlı mübarizə, partlayışlar, sui-qəsdlər, adam oğurluğu və sair kimi işlərlə məşğuldur.
2021-ci ilin mart ayından bu qrupun fəaliyyəti artıb və sionist rejim, ABŞ və cənub Fars körfəzi ölkələrinin İranla bağlı separatçı planlarının aktivləşməsi ilə belə qrupların fəaliyyətinin İran sərhədlərində daha da artması gözlənilir.
Rəy