Təl-Əviv əməliyyatı icraçısı evinin sökülməsinə göstəriş verilib

Çərşənbə 27 Aprel 2022 - 23:09
https://az.iswnews.com/?p=6135

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, sionist rejim Təl-Əvivin “Dizengoff” prospektindəki əməliyyatı icra edən “Rəəd Fəthi Hazem”in evinin sökülməsinə göstəriş verib.

Bu gün səhər İsrail hərbçiləri Cənin düşərgəsinə basqın edərək Rəəd Hazemin ailəsinə evlərinin sökülməsi göstərişini çatdırıblar. Hazemin atası bununla bağlı bildirib: Biz sionist təhdidlərini ciddi qəbul etmirik.

Bundan əvvəl, aprelin 9-da İsrail qüvvələri Cənin düşərgəsinə basqın edərək Rəədin atasını həbs etmə məqsədi ilə onların evlərini mühasirəyə almışdılar, lakin onun atası işğalçı qüvvələrə təslim olmaqdan imtina etmişdi.

Xatırladaq ki, aprelin 7-də Təl-Əvivin Dizengoff prospektində 29 yaşlı fələstinli Rəəd Fəthi Hazemin əməliyyatı nəticəsində 3 sionist həlak olmuş, 14 nəfər isə yaralanmışdı.

Daha çox oxuyun:
İsrail ordusu Cənin düşərgəsinə basqın edib + FOTO və VİDEO
Təl-Əvivin mərkəzində silahlı atışma; 3 sionist həlak, 15 nəfər yaralanıb + FOTO və VİDEO

Təl-Əviv əməliyyatçısı evinin sökülməsi göstərişi
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir