Kəraçidə kamikadze hücumu çinlilərin ölümünə səbəb olub + FOTO və VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, Kəraçi Universitetinin yaxınlığında kamikadzenin Çin vətəndaşlarının olduğu avtomobilə hücumu nəticəsində 4 nəfər həlak olub.
Dünən, aprelin 26-da səhər saatlarında Kəraçi Universitetinin yaxınlığında Çin vətəndaşlarının olduğu avtomobil Bəlucistan Azadlıq Ordusu terror qruplaşmasının üzvü olan kamikadzenin hücumuna məruz qalıb. Hücum zamanı 3 çinli və bir pakistanlı həlak olub.
Bəlucistan Azadlıq Ordusu (BLA) terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb və bir qadının intihar etdiyini təsdiqləyib.
Hücumdan əvvəl “Təhrik-e-Taliban Pakistan” (TTP) silahlıları aprelin 23-də Vəziristanın şimalında Divaqer rayonundakı sərhəd keçid məntəqəsinə hücum edərək 3 pakistanlı əsgəri öldürmüşdülər. Pakistan Talibanı üzvləri toqquşmadan sonra nəzarət-buraxılış məntəqəsini dağıdıb və Əfqanıstana qaçmışdılar. Onlar həmçinin dünən Vəziristanın cənub bölgəsində də iki pakistanlı əsgəri qətlə yetiriblər.
Daha çox oxuyun:
Bəluç separatçılarının Pakistan ordusunun bazalarına ağır hücumu
Rəy