Suriyada baş verən son hadisələr, 26 Aprel 2022

Çərşənbə axşamı 26 Aprel 2022 - 23:28
https://az.iswnews.com/?p=6058

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerika koalisiyasına məxsus 30-dan çox yük maşını İraq Kürdüstanı sərhədindən Suriyanın Həsəkə əyalətindəki ABŞ bazalarına daxil olub.

1- Hələb:
– Aprelin 25-də naməlum şəxslər Mənbic Hərbi Şurasının rəhbəri Əhməd Rəşu-ya minalanmış avtomobillə sui-qəsd etməyə cəhd ediblər. Əhməd Rəşu sui-qəsddən sağ çıxıb.
– Aprelin 26-da Türkiyə hərbi pilotsuz təyyarələri Suriya Demokratik Qüvvələrinin (SDQ) Təl Rafat şəhərindəki mövqelərini hədəfə alıb.
– Aprelin 25-də Türkiyə ordusuna məxsus PUA Mənbicin şimalındakı əl-Muhsinli kəndində kürd silahlılarının mövqelərini hədəfə alıb.

2- İdlib:
Aprelin 23-də Suriya ordusu İdlibin cənubunda yerləşən Məərbilit məntəqəsinin ətrafındakı terrorçuların mövqelərini artilleriya ilə hədəfə alıb.

3- Dəraa:
– Aprelin 25-də terrorçu qüvvələrin keçmiş üzvü Dəraada naməlum şəxslər tərəfindən qətlə yetirilib.
– Aprelin 25-də Suveyda əyalətindən olan leytenant “Kənan İmad Dərğam” Dəra əyalətinin Əl-Şəcrə qəsəbəsində naməlum şəxslər tərəfindən qətlə yetirilib.
– Dəraa əyalətində iki partlayış tələsi Suriya ordusunun mühəndis qüvvələri tərəfindən aşkar edilərək zərərsizləşdirilib. Tələlərdən birinin hədəfi Dəraa Təhlükəsizlik idarəsinin insanların işə götürülməsi ilə bağlı məsul şəxsin terroru olub.

4- Deyr əz-Zor:
Aprelin 25-də Suriya ordusunun Homs vilayətindən olan əsgəri Deyr əz-Zor səhrasında İŞİD tərəfindən şəhid edilib.

5- Həsəkə:
– Aprelin 25-də Amerika koalisiyasına məxsus 30-dan çox yük maşını İraq Kürdüstanı ilə sərhəddən Suriyanın Həsəkə əyalətindəki ABŞ bazalarına daxil olub.
– Aprelin 25-də kürd silahlılarına aid avtomobil Əl-Hul-Həsəkə yolu üzərində yol kənarına yerləşdirilmiş bombanın hədəfi olub.
– Aprelin 25-də Türkiyənin dəstəklədiyi terrorçular Rəs əl-Eynin şərqindəki Əbu Rasin bölgəsində kürd silahlılarının mövqelərinə artilleriya zərbələri endirib.
– Aprelin 24-də Suriya Demokratik Qüvvələri (SDQ) Həsəkənin şərqindəki əl-Hul düşərgəsinin bir hissəsində təhlükəsizlik əməliyyatına başlayıb.

6- Raqqa:
– Aprelin 26-da Suriya Demokratik Qüvvələrinə (SDQ) məxsus maşının Raqqanın şimal-şərqindəki Kabaş qəsəbəsinə gedən yolda hədəfə alınması nəticəsində 6 SDQ qüvvəsi yaralanıb.
Aprelin 25-də İŞİD ünsürləri Əl-Təbqanın kənarında Suriya ordusuna məxsus avtomobili hədəfə almaq üçün tank əleyhinə idarə olunan raketdən istifadə ediblər. Hücum zamanı Suriya ordusunun 3 əsgəri şəhid olub, 4-ü isə yaralanıb. (Mühüm)
– Aprelin 25-də Əl-Cərniyə-Əl-Tabqa yolunda SDQ qüvvələrinə məxsus avtomobilin hədəfə alınması nəticəsində Suriya Demokratik Qüvvələrinin üç üzvü həlak olub.
– Aprelin 25-də Raqqanın qərbində SDQ maşınının yolunda yol kənarına qoyulmuş bomba partlayıb. Hadisə itkisiz olub.
– Aprelin 25-də Türkiyənin dəstəklədiyi terrorçular M4 şossesini və onun ətrafını artilleriya atəşi ilə hədəfə alıblar.

7- ABŞ-ın Suriyadakı səfirliyi bəyan etdi: Türkiyə tərəfindən Eyn əl-Ərəb (Kobani) şəhərinin bombalanmasından narahatıq və mülki insanların həlak olmasından dərin təəssüf hissi keçiririk.

8- Suriyadakı Rusiya Barışıq Mərkəzi açıqladı: Terrorçular İdlib bölgəsində atəşkəsi 5 dəfə pozublar, onlardan 3-ü Latakiya vilayəti, 2-si isə İdlib vilayətinin özündə olub.

Keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir