İraqda baş verən son hadisələr, 26 Aprel 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqın Birgə Əməliyyatlar Komandanlığı Ənbar vilayətində İŞİD ünsürlərinə qarşı “Güclü İradə” əməliyyatının ikinci mərhələsinin başladığını açıqlayıb.
1- Bağdad:
Aprelin 21-də Bağdad vilayətində amerikalı işğalçıların logistik karvanı Əshabul-Kəhf Müqavimət dəstəsi tərəfindən hədəfə alınıb.
2-Neynəva:
Aprelin 24-də Mosulun şimalında, Zelkan bölgəsində Türkiyə ordusunun Bəşiqə hərbi bazası 6 Qrad raketi mərmiləri ilə hədəfə alınıb.
3- Əl-Ənbar:
– Aprelin 23-də İraqın Birgə Əməliyyat Komandanlığı Ənbar vilayətində İŞİD ünsürlərinə qarşı “Güclü İradə” əməliyyatının ikinci mərhələsinin başladığını elan edib. Həşd-Şəəbi təşkilatının məlumatına görə, bu təşkilatın 12 mindən çox üzvü dörd briqada şəklində “güclü iradə” əməliyyatlarında iştirak edir.
– Aprelin 24-də Ənbar vilayətində amerikalı işğalçıların logistik karvanı Əshabul-Kəhf Müqavimət dəstəsi tərəfindən hədəfə alınıb.
– Aprelin 24-də İraqın Həşd-Şəəbi təşkilatının Ənbar vilayətində İŞİD ünsürlərinə qarşı “Güclü İradə” əməliyyatı zamanı İraqın “Həşd-Şəəbi” təşkilatının cəbhə komandirlərindən Əbu Həsən əl-Cəbri şəhid olub. Həşd-Şəəbinin sözlərinə görə, o, yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində şəhid olub.
– Aprelin 24-də İŞİD ünsürləri Ənbarın qərbindəki ər-Rutba şəhəri yaxınlığında İraq polisinin qərargahına hücum edib. Hücum nəticəsində iki İraq polisi yaralanıb.
4- Duhok:
Aprelin 19-da Türkiyə hərbi hava qüvvələri Dohuk vilayətindəki əraziləri hədəfə alıb.
5- Qədisiyyə:
Aprelin 21-də Qədisiyyə əyalətində amerikalı işğalçıların logistik karvanı Əshabul-Kəhf Müqavimət dəstəsi tərəfindən hədəfə alınıb.
6- Əl-Müsənna:
Aprelin 23-də Əl-Müsənna əyalətində Amerika işğalçılarının logistik kolonu Əshabul-Kəhf Müqavimət dəstəsi tərəfindən hədəfə alınıb.
7- Diyalə:
Aprelin 22-də İŞİD ünsürləri İraq ordusunun Xanaqin kənarındakı 1-ci diviziya bazasına hücum edib. İraq ordusunun dəstək qüvvələri gəldikdən sonra İŞİD terrorçuları hadisə yerindən qaçıblar.
8- 19-24 aprel tarixləri arasında Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında “Qıfıl Pəncəsi” əməliyyatı zamanı 5 türk əsgərinin həlak olduğunu açıqlayıb.
Rəy