Hələbin şimalında türk əsgəri həlak olub + VİDEO

Çərşənbə axşamı 26 Aprel 2022 - 06:01
https://az.iswnews.com/?p=6000

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Afrin Azadlıq Qrupu tərəfindən Mare şəhərinin kənarında Türkiyəyə məxsus hərbi maşının raketlə hədəfə alınması nəticəsində bir türk əsgəri həlak olub, üç əsgər isə yaralanıb.

Cümə günü 22 aprel tarixində Türkiyənin şimalında yerləşən Mare şəhərinin ətrafında Afrin Azadlıq Qrupu tərəfindən atılan raketlə Türkiyəyə məxsus hərbi maşın hədəfə alınıb, nəticədə 1 türk əsgəri həlak olub, 3 əsgər isə yaralanıb.

Afrin Azadlıq Qrupu dörd aylıq fasilədən sonra Suriyanın şimalında türk hərbçilərinə qarşı hücumlarını bərpa edib. Bu qrupun Suriyadakı türk qoşunlarına qarşı sonuncu əməliyyatı 2021-ci ilin dekabrında olub.

“Afrin Azadlıq Qrupu” Türkiyə ordusunun maşınına hücumun videosunu yayıb
Türkiyə ordusuna məxsus avtomobilin partlama anı
Türkiyə ordusuna məxsus avtomobilin “Afrin Azadlıq Qrupu” hədəfinə tüş gələndən sonrakı videosu
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir