Ənsarullah müxtəlif ölkələrdən olan 42 məhbusu sərbəst buraxdı!
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmən Milli Qurtuluş Hökumətinin Əsirlərlə İş üzrə Komitəsi Ənsarullahın baş katibi Seyid Əbdülməlik Bədruddinin göstərişi ilə İngiltərə və Afrika və Asiya ölkələri də daxil olmaqla müxtəlif millətlərdən olan Səudiyyə koalisiyasının 42 məhbusunu azad edib.
Aprelin 23-də Yəmənin Qurtuluş Hökumətinin Hərbi Əsirlər Komitəsinin rəhbəri Əbdül Qadir Mürtəza Yəmən Ənsarullah hərəkatı və inqilabı lideri Seyid Əbdülməlik Bədruddin əl-Husinin göstərişi ilə Səudiyyə koalisiyasının 42 əsirini (o cümlədən 14 xarici vətəndaş) azad etdiyini açıqlayıb. O əlavə edib ki, bu aksiya mübarək Ramazan ayı münasibəti ilə və məhbus mübadiləsi işinin sürətlənməsi və son razılaşmanın həyata keçirilməsinə kömək məqsədilə humanitar təşəbbüs kimi həyata keçirilib.
Bununla əlaqədar Oman Xarici İşlər Nazirliyi müxtəlif millətlərdən olan 14 məhbusun azad edilməsi və təhvil verilməsi prosesində dünən öz rolunu təsdiqləyib. Oman Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, saxlanılanlardan 3-ü Britaniya, 7-si Hindistan, 4-ü isə Efiopiya, İndoneziya, Filippin və Myanma vətəndaşıdır.
Guman edilir ki, Asiya və Afrika ölkələrinin vətəndaşları olan əsirlərin bəziləri 2022-ci il yanvarın 3-də Ənsarullah tərəfindən ələ keçirilən BƏƏ-nin “Ravabi” gəmisinin heyətindəndir. Əvvəlki mübadilələrdə Britaniya hərbi əsirləri də Yəməndə casusluq, təhlükəsizlik və digər fəaliyyətlər həyata keçirənlər arasında idi. Odur ki, bu üç Britaniya vətəndaşının da təhlükəsizlik məqsədi ilə ələ keçirildiyi istisna edilmir.
Humanitar təşəbbüs Səudiyyə koalisiyasının dünən müvəqqəti atəşkəs razılaşmasına əsasən Səna hava limanına ilk kommersiya reysini əngəllədiyi bir vaxtda idi. Bu hərəkətin ardınca BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi “Hans Qrundberq” atəşkəs razılaşmasının zəifləməsindən narahatlığını bildirib və müvəqqəti atəşkəs razılaşmasının həyata keçirilməsi üçün Səna hava limanına uçuşların həyata keçirilməsinə çağırıb.
Daha çox oxuyun:
Səudiyyə koalisiyası tərəfindən atəşkəs rejimi artıq neçənci dəfədir ki, pozulur
Hans Qrundberq: Yəməndə atəşkəs pozulur və Mərib münaqişəsi narahatlıq doğurur!
Yəməndə müvəqqəti atəşkəs razılaşmasının təfərrüatları
Rəy