Livanın cənubundan işğal altındakı Fələstinin şimalına raket hücumu
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Livanın cənubundan işğal olunmuş Fələstinin şimalındakı Şlomi qəsəbəsinə raket atılıb.
Bu günün əvvəl saatlarında Livanın cənubundan işğal olunmuş Fələstinin şimal hissəsinə atılan raket Şlomi qəsəbəsi yaxınlığındakı açıq əraziyə düşüb.
Bu arada İsrail ordusu işğal altındakı Fələstinin şimalında açıq əraziləri vuran Şlomi qəsəbəsinə raket atıldığını və itki vermədiyini açıqlayıb.
İşğal olunmuş Fələstinin şimal bölgələrindəki bu hücumda sirenlər işə salınmayıb və bu məsələ sionistlərin şikayətçiliyinə səbəb olub.
Raket atəşinə cavab olaraq İsrail artilleriyası Livanın cənubundakı Məcdəl zonası ilə Zabaqin (raket atəşinin mənbəyi) arasındakı ərazini də hədəfə alıb. Sionist rejimin 12-ci kanalının müxbiri bununla bağlı bildirib: İsrail ordusunun artilleriyası Livanın cənubundakı bölgələrə doğru 50 artilleriya mərmisi atıb.
Hücuma görə heç bir qrup məsuliyyəti üzərinə götürməyib.
Qeyd edək ki, 2021-ci il avqustun 6-da Livan Hizbullahı İsrail ordusunun Livanın cənubuna hücumlarına cavab olaraq İsrailin Şəbaa sahələri mövqelərinə 122 mm-lik ondan artıq raket atmışdır.
Rəy