İraqda daha bir türk əsgəri həlak olub

Çərşənbə 20 Aprel 2022 - 16:39
https://az.iswnews.com/?p=5640

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncə” əməliyyatı zamanı daha bir türk əsgərinin həlak olduğunu açıqlayıb.

Türkiyə ordusunun 25 yaşlı leytenantı Kaan Kanlıküyü İraqın şimalında PKK silahlılarının atdığı raket nəticəsində həlak olub.

Bu, Türkiyə Silahlı Qüvvələrinin “Qıfıl Pəncə” əməliyyatı zamanı verdiyi ikinci rəsmi itkidir. Dünən Türkiyə Müdafiə Nazirliyi Türkiyə ordusunun baş leytenantı “Ömər Delibaş”ın İraqın şimalında bomba partlaması nəticəsində “Qıfıl Pəncəsi” əməliyyatı zamanı yaralandığını və aldığı xəsarətlərin ağır olması səbəbindən tibb mərkəzinə çatdırılmasına baxmayaraq həlak olduğunu açıqlayıb.

Bu münaqişələr davam edərsə və itkilər artarsa, Türkiyə ordusunun quru qüvvələrini məhdudlaşdıracağı və əməliyyatları davam etdirmək və hədəfli hücumlar həyata keçirmək üçün təyyarələrdən istifadə edəcəyi ehtimal edilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK silahlılarına qarşı bu il aprelin 18-də səhər saatlarında “Qıfıl Pəncəsi” əməliyyatı başlayıb.

Daha çox oxuyun:

İraqın şimalında Türkiyə ordusunun yeni əməliyyatı + FOTO və VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir