SDQ-nin Əl-Sənaə həbsxanası qarşısında mətbuat konfransı; Ğuveyran məhəlləsində davam edən qarşıdurmalar + Şəkillər
İslam Dünyası Xəbərləri informasiya mərkəzi xəbər verir ki, Suriya Demokratik Qüvvələri (SDQ) Həsəkənin Ğuveyran məhəlləsindəki Əl-Sənaə həbsxanası qarşısında mətbuat konfransı keçirərək, İŞİD ünsürləri ilə 7 gün davam edən qarşıdurmaların təfərrüatlarını açıqlayıb.
Suriya Demokratik Qüvvələrinin komandiri Novruz Əhməd kürd silahlıları ilə İŞİD ünsürləri arasında qarşıdurmaların sona çatmasından sonra Əl-Sənaə həbsxanasının qarşısında keçirdiyi mətbuat konfransında deyib: “Hazırda bütün həbsxana nəzarət altındadır və məhbuslar təhlükəsiz yerə köçürülür”.
O əlavə edib: “Bu hücumdan əvvəl İŞİD qruplaşması daha iki dəfə Əl-Sənaə həbsxanasına hücum etməyə cəhd etmişdi, lakin onların hücumları təhlükəsizlik qüvvələrimiz tərəfindən dəf edilmişdir”. İŞİD-in bu dəfə hücumu daha güclü olub və hücum edən ünsürlərdən aldığımız məlumata görə, artıq bu hücum üçün hazırlıqlar görülübmüş. Novruz Əhməd dedi: Bölgədə əməliyyatımız davam edir.
SDQ mediasının məlumatına görə, qarşıdurmalarda 10 mindən çox kürd silahlı iştirak etmişdir.
Mülki itkilərin dəqiq sayı bilinmir, lakin Hasəkənin Əl-Sənaə həbsxanasında baş verən qarşıdurmalar zamanı ən azı 130 nəfərin öldüyü ehtimalı verilir.
Qeyd edək ki, yanvarın 20-də axşam saatlarında bir sıra İŞİD ünsürləri (200-300 nəfər) Həsəkə şəhərində Əl-Sənaə həbsxanasının yaxınlığında iki partlayıcı maddələrlə təchiz olunmuş avtomobillə həbsxanaya hücum ediblər. Şiddətli qarşıdurmalar başlayandan sonra xeyli sayda İŞİD məhbusu qaçmışdır. Həbsxanada və onun ətrafında 7 gün davam edən qarşıdurmalar yanvarın 26-da başa çatıb. SDQ-nin məlumatına görə, qarşıdurma zamanı kürd silahlıları tərəfindən 1000-ə yaxın həbsxanadan qaçmağı bacaran İŞİD üzvü və İŞİD-qüvvələrindən saxlanılıb.
SDQ qarşıdurmalara son qoyulmasından və Əl-Sənaə həbsxanasının tamamilə ələ keçirilməsindən danışsa da, Ğuveyran məhəlləsində hələ də atışma səsləri eşidilir və görünən odur ki, Ğuveyran məhəlləsini təmizləmək üçün əməliyyatlar və az sayda qalan İŞİD-lə qarşıdurmalar davam edir.
Əl-Sənaə həbsxanası iğtişaşının ən mühüm və təhlükəli məqamlarından biri Əl-Qaidə-İŞİD təşkilatında uzun döyüşlər keçmiş İŞİD əsirlərinin qaçmasıdır. Əldə olan məlumata görə, indiyədək İŞİD-in bir neçə əsas üzvü və komandiri Əl-Sənaə həbsxanasından qaçıb. Əbu Dəccanə və Əbu Həmzə Əl-Şərqiyyə iki nəfər qaçmış İŞİD komandirləridir. Əbu Dəccanə İraq əsilli İŞİD komandiri olub, əvvəllər Əl-Qaidənin İraqda fəaliyyət göstərdiyi illərdə İraqda Əl-Qaidə komandiri olub və sonrakı illərdə İŞİD-ə qoşulub. Əbu Həmzə Əl-Şərqiyyə də Hələb vilayətində İŞİD-in cəbhə komandirlərindən biri olub ki, illər sonra Bağuz döyüşlərində SDQ tərəfindən əsir götürülüb .
Həsəkə şəhərində qarşıdurmaların uzanması səbəbindən digər tanınmış komandirlərin də qaçmağa müvəffəq olduğu görünür və yaxın günlərdə onların adları və təfərrüatları daha aydın olacaq. Bu hadisə İraq-Suriya sərhəd bölgələrinin təhlükəsizliyini daha da sarsıdacaq bir məsələdir.
Daha çox oxuyun:
Həsəkədə İŞİD ünsürləri ilə kürd silahlıları arasındakı qarşıdurmaların təfərrüatları + Video
Rəy