Terrorçu partlayışlar Kabilin qərbindəki təhsil mərkəzlərini qana bürüyüb + FOTO

Çərşənbə 20 Aprel 2022 - 03:15
https://az.iswnews.com/?p=5594

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Kabilin qərbində iki təhsil mərkəzində törədilən üç terror partlayış nəticəsində onlarla insan şəhid olub və yaralanıb.

Əfqanıstanın paytaxtı Kabildəki yerli mənbələrin məlumatına görə, dünən səhər, aprelin 19-də Qala-e-Naw bölgəsindəki Mümtaz Təhsil Mərkəzində bir terror aktı baş verib və Kabilin qərbindəki “20 minlik” məntəqəsində yerləşən “Əbdül Rəhim Şəhid” təhsil mərkəzində iki partlayış baş verib.
Yerli mediaların son statistik məlumatına görə, bu partlayışlar nəticəsində 27 nəfər şəhid olub, 20-dən çox insan yaralanıb.

Yerli mətbuatın Əbdul Rəhim Şəhid təhsil mərkəzindəki partlayışların bir sıra şahidlərinə istinadən verdiyi məlumata görə, hücum edənlər məktəbin içərisinə iki əldəqayırma partlayıcı yerləşdirərək məntəqədən uzaqlaşıblar. Mümtaz Təhsil Mərkəzinin cinayətkarı da əldəqayırma edilmiş partlayıcını atdıqdan sonra həmin yerdən qaçıb.
Partlayışlardan sonra Taliban silahlıları jurnalistlərin hadisəni işıqlandırmasına mane olub və xəstəxananın qarşısında insanları və yaralıların ailələrini döyərək yaralılar üçün qanvermə prosesinə mane olublar.

İŞİD-in Əfqanıstanda törətdiyi terror aktlarına nəzər salsaq, çox güman ki, bu hücumlar bu qruplaşmanın üzvləri tərəfindən həyata keçirilib.

Daha çox oxuyun:
Əfqanıstanda baş verən son hadisələr, 8 Aprel 2022
Əfqanolofobiya və İran düşmənçiliyi layihəsi haradan qaynaqlanır?

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir