Sionist qırıcıları Qəzza zolağına hücum edib + FOTO və VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, dünən gecə saatlarında İsrail qırıcıları Fələstin müqavimət dəstələrinin sionist mühacirləri yaşayan Kissufim qəsəbəsinə raket hücumuna cavab olaraq Qəzza zolağının cənubundakı hədəfləri atəşə tutub.
İsrail qırıcı təyyarələri Xan Yunisin qərbində HƏMAS hərəkatının hərbi qolu olan Kətaib əl-Qəssamın əl-Qadisiyyə bazasını səkkiz raketlə, Deyr əl-Bəlah ilə Xan Yunis arasındakı kənd təsərrüfatı sahəsini isə bir raketlə hədəfə alıb. Hücum nəticəsində ölən olmayıb.
Fələstin müqaviməti də Qəzzanın şərqində İsrail qırıcılarına zenit atəşi açıb. Bununla bağlı HƏMAS hərəkatının hərbi qolu elan edib: Kətaib əl-Qəssam qüvvələri bu gün 19 aprel (yerli vaxtla) səhər saat 01:35-də Qəzza zolağından səmada sionist rejimin qırıcılarını yer-hava tipli raketlərlə atəşə tutublar.
Sionist mediaları İsrail qırıcılarının raket atəşindən sonra qaçmağa məcbur olduğunu etiraf ediblər.
Əl-Qəssam müqavimət dəstəsi Qəzza zolağında İsrail qırıcılarını dəf etmək üçün SAM-7 buraxılış qurğusundan istifadə etdiyi bildirib.
Fələstin müqaviməti ikinci dəfədir ki, İsrail qırıcılarını hədəfə almaq üçün bu silahdan istifadə edir. Bundan əvvəl, 2022-ci il yanvarın 2-də fələstinli müqavimət qüvvələri Qəzza zolağında sionist rejim helikopterlərinə qarşı mübarizə aparmaq üçün Sam-7 çiyindən atılan raketlərdən istifadə etmişdir.
SAM-7 qısa mənzilli yer-hava, çiyindən atılan, nəfər daşıya biləcək və infraqırmızı idarəedicili raket sistemidir. Sam-7, 1968-ci ildə istifadəyə verilmiş və 1970-ci ildə kütləvi istehsal olunan sovet raketlərinin (yer-hava) ilk nəslidir.
Daha çox oxuyun:
İşğal olunmuş ərazilərə Fələstin müqaviməti raket hücumu edib
Sionist işğalçıları Əl-Əqsa məscidinə yenədən basqın ediblər + FOTO
Fələstində baş verən son hadisələr; Cənində bir fələstinlinin şəhadəti və Əl-Əqsa məscidində davam edən qarşıdurmalar
Rəy