İsrail ordusu tərəfindən İordan çayının qərb sahilində 11 nəfər həbs olunub

Çərşənbə axşamı 19 Aprel 2022 - 16:14
https://az.iswnews.com/?p=5508

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Sionist rejiminin ordusu və təhlükəsizlik qüvvələri, Fələstin müqavimətinin israillilərə qarşı əməliyyatları artmasından qorxaraq İordan çayının qərb sahilində 11 nəfəri həbs etdi.

İşğal altındakı ərazilərdə fələstinlilərin müqavimət hücumları artdıqdan sonra, sionist rejimin təhlükəsizlik və ordu gücləri, İordan çayının qərb sahilində yerləşən Həssan şəhərindəki həbsləri artırmağa başlayıb və terror fəaliyyəti ittihamı ilə 11 adamı həbs edib.

İsrail ordusu, həmçinin bir nəfəri tutmaq üçün, Cəninin qərbindəki Əl-Yamun qəsəbəsinə basqın edib. Sionist ordu qüvvələrinin gəlməsi ilə Fələstin müqavimətinin qüvvələri onlarla münaqişə yaşayıb və bir-birlərinə atəş açıblar.
Əl-Yamun qəsəbəsinə edilən hücum əsnasında iki Fələstinli gənc güllələnərək yaralanıblar. İşğalçılar təcili tibbi yardım komandasının bölgəyə gəlib, müdaxlə etməsinə icazə verilməyib və bir neçə dəqiqədən sonra yaralanan iki gənc fələstinli həbs olunub.

Daha çox oxuyun:
Təl-Əvivin mərkəzində silahlı atışma; 2 sionist həlak, 15 nəfər yaralanıb + FOTO və VİDEO
Təl-Əvivin şimalında iki fələstinli əməliyyat keçiriblər + VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir