Rəisi: İsrailin ən kiçik fəaliyyəti belə İran Silahlı Qüvvələrinin gözündən uzaq qalmır

Çərşənbə axşamı 19 Aprel 2022 - 15:32
https://az.iswnews.com/?p=5505

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, İran prezidenti sionist rejimə xəbərdarlıq edərək deyib: Sionist rejim onun kiçik fəaliyyətlərinin belə İranın silahlı qüvvələrindən gizli qalmadığını bilsin və onlar tərəfindən ən kiçik nəsə baş verərsə, sionist rejimin mərkəzi silahlı qüvvələrimizin hədəfinə çeviriləcək.

Dünən Ayətullah Seyyid İbrahim Rəisi, Ordu Günü münasibətilə ordu gününü hərbçilərə təbrik deyərək bildirib: İran silahlı qüvvələrinin bir çox imkanları var. Bu qüvvələrin, ixlaslı, inqilabçı, bacarıqlı və təlim görmüş olmaları ilə birgə, əsas imkanı və xüsusiyyətləri hər hansı bir düşmən ilə qarşılamağa hazır olmalarıdır.

Prezident bildirdi ki, bölgədəki bəzi ölkələrlə münasibətləri normallaşdırmaq istəyən sionist rejimin ən kiçik hərəkəti İslam Respublikasının silahlı və təhlükəsizlik qüvvələrinin dəqiq və əhatəli gözlərindən heç vaxt gizlənməyəcək.
Rəisi Sionist rejimin İrana qarşı hər hansı bir hərəkətinin, İran İslam Respublikası Silahlı Qüvvələrinin sərt cavabını görəcəyini deyərək, rejim rəhbərlərinə xəbərdarlıq etdi: İran İslam Respublikası Silahlı Qüvvələrinin əzəmətli və qorxunc gücü sizi bir an belə olsun rahat buraxmayacaq.

İran prezidentinin dünən etdiyi Ordu Günüdəki çıxışı İsrail mediaları üçün mühüm olduğundan, rəsmi İbrani mediaları çoxu bu xəbəri vermiş və paylamışdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir