ABŞ İraqı uçuruma doğru aparır

Cümə 28 Yanvar 2022 - 17:23
https://az.iswnews.com/?p=529

İslam Dünyası Xəbərləri informasiya mərkəzi Əl-Məlumə xəbər agentliyinə istinadən xəbər verir ki, Amerikalılar terrorçuları Suriyadan İraqa köçürməklə məşğuldurlar.

İraqlı politoloq Kazim Əl-Hac “Əl-Məlumə” Xəbər Agentliyinə verdiyi müsahibədə vurğulayıb: Amerikalılar hazırkı vəziyyətdə vəhabi terrorçularını Suriyadan İraqa köçürməklə ölkənin hazırkı vəziyyətini uçuruma aparırlar. Bu addım İraqda saatlı bomba yerləşdirməyə bənzəyir. Təəssüflər olsun ki, bəzi iraqlı siyasətçilər öz şəxsi mənafeləri üçün bu məsələdə amerikalılarla tam əməkdaşlıq edirlər.

Qeyd edək ki, Suriya mənbələri Suriyanın Həsəkə həbsxanasında baş verən hadisələr nəticəsində amerikalıların çoxlu sayda İŞİD terrorçularını naməlum yerlərə köçürdüyünü bildirir. Habelə Son aylarda amerikalılar dəfələrlə Suriya və İraq arasında çoxlu sayda İŞİD terrorçularının köçürülmə əməliyyatını həyata keçiriblər.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir