BƏƏ Yəmənə yalvarır
BƏƏ Yəmənin raket və dron hücumlarını dayandırmaları üçün onlara yalvarır.
İslam Dünyası Xəbərləri informasiya mərkəzi “Əl-Xəbərul Yəməni” informasiya agentliyinə istinadən xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyi Sənaa ilə əlaqə saxlayıb.
“Əl-Xəbərul Yəməni” informasiya Agentliyi: Bəzi mənbələr BƏƏ Xarici İşlər Nazirliyinin yüksək rütbəli diplomatlarının BƏƏ-nin “tədricən Yəməndən geri çəkilməsi” müqabilində Ənsarullahın “Yəmən Fırtınası ” və “Yəmən Fırtınası 2” əməliyyatlarını dayandırmaq və bu ölkəyə raket zərbəsi endirməməsi üçün Səna ilə əlaqə saxladığını ortaya qoyub.
Mənbələr vurğulayırlar ki, əməliyyatlarını dayandırmaq xahişinə Yəmənin şərti “BƏƏ-nin Yəmənə qarşı Səudiyyə müharibəsi səhnəsindən tədricən deyil tam və dərhal geri çəkilməsi” olub.
Rəy