Pakistan ordusu Əfqanıstanın şərqinə güclü hava zərbələri endirib
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Pakistan ordusunun qırıcı təyyarələri və artilleriyası Əfqanıstanın şərqindəki Xost, Kunar və Paktika əyalətlərindəki əraziləri atəşə tutub.
Pakistan Talibanı silahlıları (TTP) Pakistan hökuməti və ordusunun mövqelərinə son hücumlarından sonra Əfqanıstanın Xost, Kunar və Paktika sərhəd əyalətlərinin bir neçə hissəsi Pakistan Hərbi Hava Qüvvələrinin qırıcıları və Quru Qoşunların ağır artilleriya atəşinə məruz qalıb.
Yerli mətbuatın məlumatına görə, Pakistan ordusunun aprelin 16-da səhər saatlarında həyata keçirdiyi əməliyyatın təfərrüatları belədir:
1- Kunar əyalətinin Şelton şəhərində yerləşən “Bistton” qəsəbəsinə edilən artilleriya hücumu bir qadın və beş uşaq olmaqla bir ailənin altı üzvünün ölümü ilə nəticələnib.
2- Pakistan ordusu qırıcılarının Mirsəfər və Korai bölgələrindəki Şimali Vəziristan məntəqəsində yerləşən qaçqınlar düşərgəsinə və həmçinin Xost vilayətinin Sapri şəhərinin Mandeh, Əmir Sapar, Paxi Milli və Şakuni kəndlərində Pakistan Talibanı silahlılarının mövqelərinə hücumu baş tutub.
3- Pakistan ordusunun qırıcıları Paktika vilayətində sərhəd bölgələrinə hücum edib.
İtkilər barədə məlumat verilməsə də, bəzi yerli KİV-lər Pakistan Talibanı silahlılarının 40-dan çox üzvünün öldüyünü və yaralandığını bildirib.
Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən indiyədək Pakistan Talibanı (TTP) Pakistan ordusuna və hökumət mövqelərinə qarşı hücumlara hazırlaşmaq üçün Əfqanıstan ərazisindən istifadə edir. Bununla bağlı Pakistan ordusu Əfqanıstan torpaqlarında onların mövqelərini dəfələrlə ara-sıra hədəfə alıb. Bu hücumlar arasında ötən gecə baş verən əməliyyatı Pakistanın Əfqanıstan torpaqlarında Pakistan Talibanı silahlılarının mövcudluğuna və hərəkətlərinə ilk genişmiqyaslı və ciddi cavabı kimi qiymətləndirmək olar. Pakistan Talibanının İşm və Bəcaur sərhəd bölgələrində son hücumları nəticəsində 9 pakistanlı əsgər həlak olmuş, daha 4 nəfər yaralanmışdır. Bu hücumlarla eyni vaxtda Bəlucistan əyalətindəki separatçı qruplar da Pakistan ordusunun Noşki və Bolan şəhərlərindəki mövqelərinə hücum etmişdir.
Əfqanıstan Talibanı hələ ki, hücumlara cavab verməyib. Amma yerli mənbələr Taliban artilleriyasının Pakistan ordusunun sərhədini atəşə tutduğunu, eləcə də sərhəd bölgələrinə hərbi maşınlar göndərdiyini bildirib.
Daha çox oxuyun:
Əfqanıstanda və Pakistanda baş verən son hadisələr, 14 Aprel 2022
Qəndəhar sərhədində Taliban və Pakistan ordusu arasında yenidən qarşıdurma yaşanıb
Hələlik bu hücumlar zamanı mülki vətəndaşların ümumi itkiləri ilə bağlı heç bir etibarlı statistika və ya təfərrüatlar açıqlanmayıb. Həmçinin, tibbi yardımların və avadanlıqların olmaması və yaralıların daşınmasında Talibanın təxribatı bu hücumlarda bir sıra digər yaralıların da ölümünə səbəb olub.
Rəy