Qırmızı dənizdə hökmranlıq etmək üçün yeni ABŞ koalisiyası

Şənbə 16 Aprel 2022 - 07:34
https://az.iswnews.com/?p=5244

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə dəniz quldurluğu ilə mübarizə aparmaq üçün müttəfiqləri ilə yeni birgə dəniz ittifaqı yaratdığını elan edib.

ABŞ-ın Qərbi Asiyadakı Beşinci Donanmasının komandanı vitse-admiral Bred Kuper mətbuat konfransında Qırmızı dənizə qarşı təhdidlər əleyhinə mübarizə aparmaq üçün ABŞ-Müttəfiq Koalisiyası adlı yeni birləşmiş qüvvələrin yaradıldığını açıqlayıb. O, Qırmızı dənizin dünyadakı həyati roluna toxunaraq deyib: “Bu həyati əhəmiyyətli su yolu o qədər genişdir ki, ABŞ təkbaşına təhlükəsizliyi təmin edə bilməz. Buna görə də biz bu ərazini qorumaq üçün dəniz koalisiyası yaratmağa qərar verdik”.

ABC şəbəkəsinin məlumatına görə, qrupun ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması komandirinin rəhbərliyi altında 34 ABŞ müttəfiqinin donanmasını formalaşdıracağı gözlənilir. Qrupun missiyası Qırmızı dənizdə insan alveri, kömür, narkotik və silah qaçaq-malçılığı ilə mübarizə aparmaqdır. Missiya rəsmi olaraq sabah 17 aprel 2022-ci il bazar günü başlayacaq və ABŞ ittifaqda USS Mount Whitney gəmisi də daxil olmaqla 2-8 döyüş gəmisi ilə iştirak edəcək.
Qeyd edək ki, hazırda bu koalisiyanın bir hissəsi Fars körfəzi sularının daxilində və xaricində üç əməliyyat qrupu ilə “Çevik Reaksiya Qüvvələri” adlanır.

Koalisiya Qərb və Səudiyyə medialarının Ənsarullahı Qırmızı dənizdə minalar qoymaqda və kamikadze qayıqları suya salmaqda ittiham etməsindən sonra yaranıb. Həmçinin bu medialar dəniz koalisiyanın yaranması nəticəsində Səudiyyə koalisiyasının Qırmızı dənizdə tankerlərə hücumların qarşısını ala biləcəyini iddia ediblər.

Daha çox oxuyun:
Mənsur Hadi sonuncu dəfə istefa verdi!
Hans Qrundberq: Yəməndə atəşkəs pozulur və Mərib münaqişəsi narahatlıq doğurur!


Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir