Hərbi Məlumat: Switchblade Dronu

Cümə axşamı 14 Aprel 2022 - 02:54
https://az.iswnews.com/?p=5038

Switchblade tipli dronları AeroVironment şirkəti tərəfindən xüsusi olaraq ABŞ ordusu üçün hazırlanmış miniatür azmış sursat növüdür. Bu dronların ölçüləri o qədər kiçikdir ki, onları bel çantasında daşımaq olar. Switchblade dronu boru tipli başlatma qurğusundan buraxılır və hədəf yerinə uçur və hədəf üzərində və ya hədəfə dəydikdən sonra partlayır. Switchblade dronunun ilk prototipi 2011-ci ildə təqdim edildi və istehsal mərhələsinə çatdı; Lakin 2020-ci ildə Switchblade 600 tank əleyhinə zirehli dronun təqdimatından sonra orijinal versiya (2011) Switchblade 300 kimi adlandırıldı.
Maraqlıdır ki, Ukrayna-Rusiya müharibəsi zamanı ABŞ ordusu Ukrayna ordusuna bu dronlardan 100-dən çoxunu verib.

Switchblade 300 Dronu:
Switchblade 300 Dronu, hücum dəqiqliyini artırmaq məqsədi ilə manqa səviyyəli vahidlərdə birdəfəlik istifadə olunan dron şəklində istifadə üçün nəzərdə tutulmuşdur. Onun uzunluğu 49,5 sm, çəkisi isə 2700 qramdır. Bu dron bir nəfərin daşıya biləcəyi qədər yüngüldür.
Switchblade, yay yükü altında olan qanadların işə salma qurğusundan çıxdıqdan sonra necə açıldığına görə adlandırılır.

Switchblade 300 dronunun atılması və qanadlarının necə açılması anı

Bu dronu 10 km-ə qədər idarə etmək olar və kiçik ölçülərinə görə uçuş müddəti 10 dəqiqə ilə məhdudlaşır ki, bu da patrul xidməti üçün yararsızdır, lakin az xərclə uzaq mənzilli hədəfləri vurmaq və düşmən atəşi altında olan yerli qüvvələri xilas etmək üçün əlverişlidir.
Switchblade 300 hədəfləri izləmək, müəyyən etmək və hədəflərə zərbə üçün görünən rəngli kamera və GPS sensoru var. O, həmçinin təyin olunmuş hədəflərlə əvvəlcədən planlaşdırılmış zərbə vurmaq qabiliyyətinə malikdir. (Bu halda drona hədəfə çatmaq üçün yer və marşrut müəyyən edilir)
Bu dronun döyüş başlığı yüngül zirehli texnika və şəxsi heyəti hədəf almaq üçün 40 mm-lik qumbaraya bərabərdir.
PUA-nın başqa bir xüsusiyyəti uçuş zamanı yenidən hədəfin təyin edilməsidir ki, döyüş şəraiti sakitləşərsə və ilkin təhlükə zərərsizləşdirilərsə, dron digər hədəfləri yenidən hədəfə ala bilər.

Switchblade 300 dronunun necə işləməsi və Puma PUA-sı ilə ona olunan nəzarət – Jump 20 PUA-sından Switchblade 300 dronunun atılma imkanı

Switchblade işə salınma üçün elektrik mühərrikindən istifadə edir və gövdənin kiçik ölçüsü və çıxartdığı aşağı səs səbəbindən onu aşkar etmək və izləməyə çalışmaq son dərəcə çətindir. Hədəfə çatmağın son mərhələsində dron saatda 160 kilometrə qədər sürətlənir. Bu dron, Wasp, RQ-11 və RQ-20 daxil olmaqla, digər AeroVironment dronları kimi yerüstü idarəetmə təchizatından istifadə edir; Bu, keçid panelini digər uzun mənzilli və uzaq mənzilli dronlarla birləşdirməyə imkan verir ki, bu dronlar hədəfləri aşkar etsin və onlara Switchblade ilə zərbə vursun.
Qeyd etmək lazımdır ki, uzaqdan idarəetmə qabiliyyətinə malik çoxpaketli işəsalma qurğusu həm də Switchblade 300 dronları üçün nəzərdə tutulub. Bu başlatma cihazı (Launcher) 73 kq ağırlığında standart 6 paketli konfiqurasiyada təchiz olunub. Dizayn 2 ilə 20 mərhələ arasında miqyaslana bilir və hər mərhələdə 30 saniyədən az müddətdə sürətli yenidən işə salınmağa imkan verir. ABŞ ordusu bu paketləri 2019-cu ilin əvvəlindən bazalarını müdafiə etmək üçün istifadəsinə başlayıb.

6 qanadlı Switchblade 300 başlatma cihazı

Switchblade 300 dronunun texniki xüsusiyyətləri:
Mənzil: 10 km
Uçuş Müddəti: 15 dəqiqə
Maksimum Sürət: 160 km/saat
Çəkisi: 2,5 kq
Uzunluq: 49,5 sm
Qanad Uzunluğu: 68,6 sm
Uçuş Tavanı: 4600 metr
Fəaliyyət Tavanı: 150 metr

Switchblade 600 dronu:
Switchblade 600 dronu Switchblade 300 dronundan daha böyükdür. Bu dronun uzunluğu 1,3 metr, çəkisi isə 22,7 kiloqramdır; Bununla belə, o, şəxs tərəfindən daşına biləcəkdir və 10 dəqiqə ərzində təchiz oluna bilir. Switchblade 600 dronu 20 dəqiqə ərzində 40 km-ə qədər uçmaq, həmçinin daha 20 dəqiqə gəzmək üçün nəzərdə tutulub ki, bu da 80 km məsafədə (ümumilikdə 40 dəqiqə uçuş müddəti) son üçüş məsafəsi deməkdir.
PUA 185 km/saat sürətə malikdir və zirehli hədəfləri məhv edən Javelin raketininkinə bənzər döyüş başlığına malikdir.

Switchblade 600 dronunun qanadlarını necə işə salması və açması anı

Bir planşetlə bu dronun qeyri avtomatik və ya avtomatik işə salınmasına və idarəsinə nəzarət etmək olur. Bu planşet şifrələnmiş məlumat linklərindən istifadə edir və kiberhücumun qarşısını alan GPS qəbuledicisinə malikdir. 90 km məsafədən artıq hədəfləri vurmaq üçün ayrıca rəqəmsal link mənbəyi quraşdırmaq da mümkündür.
Switchblade 600 dronunun üstünlüklərindən və maraqlı məqamlarından biri odur ki, o, Javelin raketlərindən xeyli uzun mənzilli hədəfləri vura bilir, lakin onun qiyməti Javelin tank əleyhinə raketindən daha ucuzdur.
Switchblade 600 dronunun texniki xüsusiyyətləri:
Mənzil: 40 km
Uçuş Müddəti: 40 dəqiqə
Maksimum Sürət: 185 km/saat
Çəkisi: 22.7 kq
Uzunluq: 1.3 metr
Qanad Uzunluğu: ~ 1.9 metr
Uçuş Tavanı: 4600 metr
Fəaliyyət Tavanı: 198 metr

Tam ölçüdə baxmaq üçün klikləyin

Sosial şəbəkələrdə paylaşmaq üçün ingilis, ərəb, kürd, fars, rus dillərində “Switchblade” dronu posterləri toplusu:

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir