Hərbi Məlumat: “Mil Mi-24 Hind” çoxməqsədli hücum helikopteri
Mil-24, 1972-ci ildə Sovet Mil şirkəti tərəfindən təqdim edilmiş hücum qabiliyyətinə və kadr transferinə malik ağır çoxməqsədli helikopterdir.
Mil-24 helikopterinin dizaynı məşhur Mil-17 nəqliyyat helikopteri ilə çox oxşarlıqlara malikdir və həmçinin iki helikopter arasındakı oxşar təchizatlar sayı da çoxdur və bu oxşarlıq, Mil-17 nəqliyyat helikopterinə sahib olan ölkələri Mil-24 helikopterdən istifadə etməyə təşviq etmişdir. Beləliklə Mil-24 helikopteri 48 ölkənin ordusunda istifadə olunub.
Mil-24-ün imkanlarından biri də səkkiz nəfərə qədər adam daşımaq qabiliyyətidir və bu xüsusiyyət Sovet Hərbi Hava Qüvvələri tərəfindən Əfqanıstandakı müharibədə geniş istifadə olunub.
Bu helikopterin gövdəsi 12,7 mm çaplı güllələrə davamlı olmaq üçün titanla möhkəmləndirilib. Helikopterin rotoru (pəri) də titandan hazırlanıb və 12,7 mm çaplı güllələrə qədər davamlıdır.
Ekipajı qorumaq üçün (nüvə mikrob kimyəvisi) helikopterin daxilində hava təzyiqi ətraf mühitdən yüksəkdir; bu isə ziyanlı qazların kabinəyə daxil olmasının qarşısını almaq üçündür.
Mil-24 Hind hücum helikopterinin texniki xüsusiyyətləri:
Uzunluq (rotorsuz gövdə): 17,5 metr
Pərlərin uzunluğu: 6,5 metr
Hündürlüyü: 6,5 metr
Maksimal uçuş çəkisi: 12.000 kq
Mühərrik: 2 ədəd TV3-117
Maksimal sürət: 335 km/saat
Mənzil (radius): 450 km
Uçuş tavanı: 4900 metr
Sərnişin: 8 nəfərə qədər
Sursat daşıma qabiliyyəti: 1500 kq-a qədər müxtəlif bomba və raket növləri
Silahlar: 12,7 mm top / 30 mm top / 23 mm qoşa top
İstehsalçı: Sovet İttifaqı (Rusiya)
Sosial şəbəkələrdə paylaşmaq üçün ingilis, ərəb, kürd, fars, rus dillərində “Mil-24 Hind çoxməqsədli döyüş helikopteri” poster toplusu:
Rəy