Livan parlamentinin keçmiş deputatı: Kredit almaq ölkəni ABŞ və beynəlxalq təşkilatların girovuna çevirir

Şənbə 9 Aprel 2022 - 06:06
https://az.iswnews.com/?p=4816

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi Əl-Aləm xəbər agentliyinə istinadən xəbər verir ki, Livan parlamentinin Hizbullah fraksiyasının keçmiş üzvü Nəzih Mənsur, Dünya Bankının nümayəndələrinin ölkənin iqtisadi böhranından çıxmaq üçün 3 milyard dollarlıq kredit almaq üçün Livanın üç əsas lideri ilə görüşməsini sərt şəkildə tənqid edib.

Livan parlamentinin keçmiş üzvü bir məqalədə yazır:

“Dünya Bankının nümayəndələri prezident, baş nazir və parlamentin sədri ilə görüşdə onlardan Dünya Bankının şərtlərini yerinə yetirəcəklərinə dair söz alıb!

Görüşdən dərhal sonra üç bəyanat verildi:

1- Livanın baş naziri öz və prezidentin adına bəyanat yayaraq, üç il ərzində 3 milyard dollarlıq kreditin müqabilində islahatlar aparacaqlarına söz verdi.

2- Parlament sədri də öz növbəsində bu razılaşmanı və onun müsbət məqamlarını yüksək qiymətləndirdi və söz verdi ki, Parlament nə lazımdırsa edəcək!

3- Dünya Bankının nümayəndələri də bəyanat yayaraq müqavilə haqqında qısa danışdılar!

Qeyd edək ki, bu kreditin dəyəri 3 milyard, Livanın borcu isə 108 milyard dollardır və bu kredit isə üç il ərzində veriləcək.

1990-cı illərdən qışqıraraq deyirik ki, ölkəni onun kreditləri və borcları bu günə qoyur və ölkə beynəlxalq qurumların, qərar qəbul edən mərkəzlərin, o cümlədən ABŞ-ın girovuna çevirilir!

Sual: Ölkəni və xalqı bu günə gətirənlər onu xilas edə bilirlərmi?“

Nəzih Mənsur, Livan parlamentinin Hizbullah fraksiyasının keçmiş üzvü

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir