Hərbi Məlumat: Orlan-10 PUA-sı

Cümə 8 Aprel 2022 - 21:00
https://az.iswnews.com/?p=4746

“Orlan-10” PUA-sı Sankt-Peterburqda “Special Technology Center” LLC (Специальный Технологический Центр) tərəfindən layihələndirilən Rusiya istehsalı olan bir PUA-dır. Bu pilotsuz təyyarə 2010-cu ildən Rusiya Federasiyasının Müdafiə Nazirliyinə istifadəyə verilib.

Orlan-10 pilotsuz təyyarəsinin ixrac variantı olan Orlan-10E 2016-cı ilin martında FIDAE Beynəlxalq Hava texnikaları Sərgisində nümayiş etdirildi və ROSOBORONEXPORT (Geniş çeşiddə dual-məqsədli hərbi məhsulların, xidmətləri və texnologiyaları ixrac edən Rusiyanın yeganə dövlət qurumu) həmçinin Orlan-10E dronunu ixrac etmək planlarını açıqladı.

Pilotsuz təyyarə hava kəşfiyyatı, müşahidə, axtarış-xilasetmə, döyüş hazırlığı, təxribat yaratma, radio siqnallarının aşkarlanması və çətin ərazilərdə hədəfin izlənilməsi daxil olmaqla müxtəlif missiyalar üçün istifadə olunur.

Orlan-10 Kəşfiyyat PUA-sının texniki xüsusiyyətləri:

Şirkət: Special Technology Center
İstehsal: Rusiya
Uçuş Müddəti: 16 Saat
Maksimum Üçüş Məsafəsi: 600 Km
Üçüş Tavanı: 5000 Metr
Sürət: 150 Km/Saat
İstehsal Sayı: +1000
Maksimal Uçuş Çəkisi: 16,5 Kq
Mühərrik: Pistonlu Bir Slindirli Dörd Zamanlı Saito FA-62B
Qanad Uzunluğu: 3,1 Metr
Uzunluğu: 2 Metr

Tam ölçüdə baxmaq üçün klikləyin

Sosial şəbəkələrdə paylaşmaq üçün ingilis, ərəb, kürd, fars, rus dillərində “Orlan-10 PUA-sı” posterlər toplusu:

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir