Təl-Əvivin mərkəzində silahlı atışma; 3 sionist həlak, 15 nəfər yaralanıb + FOTO və VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, ötən gecə Təl-Əvivin Dizengoff prospektində bir şəxsin atəş açması nəticəsində 3 sionist həlak və 15 nəfər yaralanıb. Onlardan dördünün vəziyyəti yaxşı deyil.
Əməliyyatı həyata keçirən şəxs hadisə yerindən uzaqlaşıb, sionist işğalçı qüvvələr isə əməliyyatda iştirak edən və ya edənlərin haqqında heç bir məlumat və hətta şəxsi xüsusiyyətləri olmadığı halda axtarışlarını davam etdirirlər.
Sionist mediaları da Təl-Əviv sakinlərindən evdə qalmalarını və başlarını pəncərədən çıxarmamalarını istəyib.
Əməliyyatı Cənin düşərgəsindən olan “Raad Fathi Hazem” adlı 29 yaşlı fələstinli şəxs həyata keçirib. İsrail polislərinin neçə saat axtarışlarından sonra o özünü Dizengoff-dan Yafa-ya çatdıra bilib və oranın Saat meydanında atışmalardan sonra şəhid olub.
Maraqlıdır ki, bu əməliyyat iki həftə ərzində baş verən dördüncü əməliyyatdır. Bundan öncə Nəqbdə şəhid Məhəmməd Əbu Əl-Qian, ondan öncə Əl-Xadirada şəhid mücahidlər Xalid İğbariyyə və Əymən İğbariyyə tərəfindən həyata keçirilmiş, ondan öncə Təl-Əvivin Bnei Brak məhəlləsində şəhid Ziya Hamarşa tərəfindən həyata keçirilmişdir.
Qeyd edək ki, bu əməliyyatı İslami Cihad Hərəkatı, Fələstin Həmas Hərəkatı, Hizbullah və Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı alqışlayaraq təbrik ediblər.
Öldürülən iki israilli 27 yaşlı Əytam Majini və Tomer Muraddır.
– Məlumata görə, Hazem missiyasına yola düşməzdən əvvəl Yaffadakı Yaft küçəsindəki məsciddə namaz qıldığı güman edilir. Hücumdan sonra Hazem Yaffadakı məscid ərazisinə qayıdıb və nəhayət, ərazidə Yamam qüvvələri və Şin Bet qüvvələri ilə qarşıdurma və atışmalardan sonra şəhid olub.
Qeyd edək ki, son bir ayda Fələstinin işğal olunmuş ərazilərdə keçirdiyi əməliyyatlarda 13 israilli həlak olub. Bu, 2006-cı ildən bəri İsrail işğalçılarına qarşı ən qanlı hücumlar dövrüdür. Fələstin əməliyyatı İsrail rejiminin tam hazırlıq vəziyyətində olduğu bir vaxtda uğurla həyata keçirilir və bu yaxınlarda işğal olunmuş ərazilərdə fələstinlilərin hücumlarına qarşı xüsusi təhlükəsizlik əməliyyatına başlayıb. Belə ki, İsrail rejiminin bu cür əməliyyatların qarşısını ala bilməməsi Təl-Əviv və digər işğal olunmuş ərazilərdə şiddətli qorxu və təşviş dalğası yaradıb. İsrail işğalçılarına qarşı əməliyyatların yeni fəsli başlanmış kimi görünür və Ramazan bayramı və xristian və yəhudi bayramlarının yaxınlaşması ilə sionistlər əleyhinə əməliyyatlarının və itkilərinin artmasının şahidi oluruq.
Daha çox oxuyun:
Təl-Əvivin şimalında iki fələstinli əməliyyat keçiriblər + VİDEO
Gənc fələstinli cihadi əməliyyat keçirib + Video
Təl-Əvivin şərqində silahlı hücum baş verib + VİDEO və FOTO
Rəy