Koxavi İsrail ordusuna hazırlıq əmri verdi

Bazar ertəsi 4 Aprel 2022 - 18:36
https://az.iswnews.com/?p=4459

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, sionist rejimin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri tabeliyində olan qüvvələrə Qəzzəyə qarşı hərbi əməliyyatlara hazır olmağı əmr edib.

Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Avio Koxavi öz bölmələrinə Qəzza zolağına qarşı “Divarların keşikçiləri 2” adlı yeni hərbi əməliyyat üçün hazır vəziyyətdə olmağı əmr edib.
Divarların keşikçiləri İsrail rejiminin Qəzzada 11 günlük müharibəyə səbəb olan təcavüzkar əməliyyatının adıdır. Digər tərəfdən, Fələstin müqavimət qrupları da əməliyyatlarını “Seif əl-Qüds” adlandırdılar.

Bazar günü (3 aprel) İsrailin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi orduya bildirib ki, ordu bir ay və ya daha çox çəkə biləcək döyüşə hazır olmalı və 2-ci Divarın Mühafizəçiləri əməliyyatına hazır olmalıdırlar. Onun sözlərinə görə, Fələstin İslami Cihad hərəkatının hərbi qanadı Cənində qruplaşmanın bir neçə üzvünün öldürülməsinə cavab olaraq Qəzzadan işğal olunmuş ərazilərə raket zərbələri endirə bilər.

Cənində Sərayəl-Qüdsün 3 üzvünün öldürülməsindən sonra fələstinli müqavimət dəstələri sionistlərin bu cinayət əməlinə cavab verməkdə israr ediblər. Dünən gecə İsrail ordusunun Əl-Əqsa məscidinə hücumu və Bab əl-Amudda fələstinli gənclərin həbs edilməsi, 19 fələstinlinin yaralanması ilə Fələstin ilə İsrail rejimi arasında gərginlik artıb və bu iki tərəf arasında yeni bir döyüş mərhələsinə gətirib çıxara bilər.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir