İsrail rəsmiləri gizli şəkildə Sudana səfər ediblər
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, İsrailin bir sıra təhlükəsizlik rəsmiləri Sudana səfəri zamanı Səudiyyə Ərəbistanının hərbi rəsmiləri ilə görüşüblər.
Sudan mənbələrinin verdiyi məlumata görə, İsrailin Kan telekanalı İsrail təhlükəsizlik rəsmilərindən ibarət nümayəndə heyətinin paytaxt Xartumda Sudan hərbi rəsmiləri ilə görüşdüyünü bildirib. Bu görüş 2 aprel 2022-ci il şənbə günü gizli şəkildə keçirilib.
Sudan və İsrail rəsmiləri arasında keçirilən görüşlərin siyasi xarakter daşımadığı, təhlükəsizlik və kəşfiyyat əməkdaşlığının bir hissəsi olduğu bildirilir.
Sudanda hərbi çevrilişdən və Ömər əl-Bəşir hökumətinin devrilməsindən sonra Sudan və İsrail hərbi rəsmiləri 2020-ci ildə münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər.
Sudan ordusunun komandanı general Əbdülfəttah əl-Burhan dekabrda “Əl-Ərəbiyyə”yə müsahibəsində deyib ki, Sudanı beynəlxalq ictimaiyyətə qaytarmaq üçün İsraillə münasibətlərin normallaşdırılması zəruridir.
Rəy