Azərbaycana israil – Bakı marşrutu üzrə qabaqcıl hərbi texnikanın çatdırılması davam edir
İsrail İranın şimal sərhədlərində öz maraqlarını təmin etmək məqsədilə Azərbaycana silah daşıyır.
Bu hərbi hava reysi çərşənbə axşamı Bakı mətbuatının Azərbaycanın müdafiə naziri Zakir Həsənovun İran rəsmiləri ilə danışıqlar aparmaq üçün Tehrana gedəcəyi barədə məlumat yaydığı vaxta təsadüf edir.
Rəsmi Bakı son illərdə İrandan gələn bütün hərbi əməkdaşlıq təklifini rədd edib, sionist rejim və Türkiyə ilə hərbi əlaqələrini isə genişləndirib. İran rəsmiləri ilə hərbi görüş və razılaşmaları isə sadəcə simvolik və diplomatik balans üçün edib.
Görəsən Azərbaycanı “İran əleyhinə şimal hərbi baza” adlandıran sionist rejimi, İran-Azərbaycan əlaqələrinə nə həddə və hansı məqsədlə razılıq verəcək? Ümumiyyətlə Zakir Həsənovun son səfəri yenə də görüntü xatirinədir yoxsa ikitərəfli əlaqələrin genişlənməsi üçün ciddi addımlar atılacaq?
Tam ölçüdə baxmaq üçün klikləyin
Rəy