Səudiyyə Ərəbistanı müvəqqəti atəşkəsi qəbul etdi!
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Ənsarullahın 25 mart 2022-ci il tarixində Səudiyyə Ərəbistanının obyektlərinə dağıdıcı hücumlarından sonra Səudiyyə koalisiyası Ənsarullahın üç günlük atəşkəsi qəbul etmək məcburiyyətində qalıb.
Yəmənin Ali Siyasi Şurasının rəhbəri Mehdi Əl-Məşşat Milli Müqavimət Günü münasibətilə etdiyi çıxışda Səudiyyə liderlərinə dolayı və çox mühüm mesaj göndərərək, Ənsarullahın bütün hücumlarını 3 günlük dayandırdığını elan edib.
Ənsarullah bu mesajında koalisiya hücumlarına son qoymağa və mühasirəni dayandırmağa çağırıb. Əks halda, Ənsarullah “Mühasirəni Yarmaq” əməliyyatları silsiləsində başqa mərhələyə keçə bilər!
Daha çox oxuyun:
Yəmən Silahlı Qüvvələrinin “Mühasirəni Yarmaq 1” əməliyyatı ilə bağlı bəyanatı
Yəmən Silahlı Qüvvələrinin “Mühasirəni Yarmaq 2” əməliyyatı ilə bağlı bəyanatı
Yəmən Silahlı Qüvvələrinin “Mühasirəni Yarmaq 3” əməliyyatı ilə bağlı bəyanatı + VİDEO və FOTO
Bununla əlaqədar olaraq, Səudiyyə koalisiyası martın 30-da qısa bəyanat yayaraq, danışıqların martın 30-da saat 6-da başlaması ilə eyni vaxtda Körfəz Əməkdaşlıq Şurasının baş katibi Nayif əl-Hicrafın tələbi ilə Yəməndə hərbi əməliyyatların dayandırıldığını elan edib.
Bundan əvvəl Körfəz Əməkdaşlıq Şurası Yəmən tərəfləri arasında atəşkəsə nail olmaq məqsədi ilə 29 mart 2022-ci il çərşənbə axşamı günü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda başlayacaq danışıqlara ev sahibliyi edəcəyini açıqlamışdı.
Bu arada Ənsarullah hərəkatı bəyanat yayaraq görüşün Yəmənə təcavüzdə iştirak etməyən neytral ölkədə olması şərti ilə koalisiya ölkələri ilə istənilən dialoqu alqışladığını bildirib. Ənsarullah sonra bu tələbi rədd etdi və Ər-Riyad danışıqlarında iştirak etdi.
Ənsarullah sözçüsü və Yəmən hökumətinin danışıqlar qrupunun rəhbəri Məhəmməd Əbdül Salam Mehdi əl-Məşşatın təqdim etdiyi Yəmən sülh planının bir hissəsi haqqında tvit yazdı. Bu mesajın xülasəsi belədir:
1- Ənsarullahın Səudiyyə Ərəbistanına qarşı bütün hərbi əməliyyatlarının üç gün müddətinə dayandırılması və Səudiyyə Ərəbistanı mühasirəni dayandırmağı və Yəmənə hücumlarını həmişəlik dayandırmağı öhdəsinə götürərsə, bu dayandırmanı yekun və daimi öhdəliyə çevirməyə hazırıq.
2- Ənsarullahın Səudiyyə Ərəbistanına qarşı bütün hərbi əməliyyatlarının üç gün müddətinə dayandırılması və Səudiyyə Ərəbistanının bütün xarici qüvvələri ərazimizdən çıxarması və ölkəmizdəki yerli silahlılarına dəstəyi dayandıracağı təqdirdə bu dayandırmanı yekun və daimi öhdəliyə çevirməyə hazırıq.
3- Müsbət cavab gözləmək əlaməti olaraq Mərib cəbhəsi də daxil olmaqla, Ənsarullahın bütün hərbi əməliyyatları dayandırılıb.
4- Biz bütün məhbusların tam azadlığa buraxılması müqabilində Mənsur Hadi qüvvələrinin əsirləri, digər millətlərin muzdluları da daxil olmaqla, koalisiyanın bütün məhbuslarını azad etməyə tam hazır olduğumuzu bəyan edirik.
Rəy