Azərbaycanın İİR-dakı səfirinin İran İslam Respublikasının müdafiə naziri ilə görüşündə nələr baş verdi? – Huseyniyyun faktoru
İran İslam Respublikasının Müdafiə Naziri ilə Azərbaycan Respublikasının səfiri arasında görüşün xəbəri şənbə günü, yanvarın 22-də, bir günlük gecikmə ilə azəri medialarından nəşr olundu.
Şənbə günü briqada generalı Muhəmmədrza Qərai Aştiani Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadəni qəbul edib.
Mənbələr yazıb ki, görüş zamanı ikitərəfli hərbi əməkdaşlıq, qarşılıqlı səfərlər və iki ölkə arasında əməkdaşlıq sahələri müzakirə olunub.
Əlavə təfərrüatlar açıqlanmayıb və Əlizadənin Aştianiyə Bakıya dəvət mesajı aparması ehtimalı da verilir.
Gələcək görüşlərdə müdafiə sahəsində əməkdaşlıq məsələsi ilə yanaşı, daha hansı məsələlər qaldırıla biləcəyi sual doğurur.
Əldə olunan məlumatlara əsasən Azərbaycan Respublikasının rəsmiləri əvvəlki görüşlərində Huseyniyyun Müqavimət təşkilatının (Hüseynçilər) üzvlərinin bu ölkəyə ekstradisiyasını vurğulamış və bunun müqabilində bəzi iqtisadi güzəştlər etməyə hazır olduqlarını bildirmişlər. Azərbaycan rəsmiləri nəinki onların ekstradisiyası, hətta bu müqavimət hərəkatı üzvlərinə məhdudiyyətlər qoymaq müqabilində belə güzəştə getməyə hazırdırlar.
Huseyniyyun müqavimət hərəkatının əsas üzvləri hökumətin siyasətinə qarşı çıxan hövzə tələbələridir.
Bu təşkilat Suriya və İraqda müqəddəs hərəmlərin və məzlum xalqların müdafiəsi məqsədilə döyüşlərdə iştirak edirlər.
Amma Azərbaycan hakimiyyətini bu təşkilata qarşı həssas edən əsas amil hərəkat üzvlərinin media fəaliyyətidir. Çünki Hüseyniyyun üzvləri ölkə daxilində və dünyada baş verən hadisələri izləyərək Azərbaycan xalqına məsələlərin həqiqətini çatdırırlar.
Təbii ki, qeyd olunanlar Azərbaycan hökumətinin istəyidir və İran İslam Respublikası müxtəlif görüşlərdə Azərbaycan rəsmilərindən istəyib ki, İsraillə əlaqələri kəssinlər və ya heç olmazsa bu qondarma rejimin Azərbaycanda və xüsusilə İran sərhəddi boyunca fəaliyyətlərinə mane olsunlar.
Daha çox oxuyun:
İran İR Silahlı Qüvvələrin Baş Qərargah rəisi: Sionist rejim regional təhlükəsizliyə təhdiddir.
Rəy