Etirazçılar Bağdadda Kürdüstan Demokratik Partiyasının ofisini yandırıblar
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Kürdüstan Demokrat Partiyası (KDP) üzvünün İraqdakı şiə mərcəyi ilə bağlı bəyanatından sonra Kürdüstan Demokrat Partiyasının (KDP) Bağdaddakı ofisi etirazçılar tərəfindən yandırılıb.
Martın 27-də Kürdüstan Demokratik Partiyasının üzvü Nayif Kurdistani kimi tanınan Nayif Qəriqəri Twitter səhifəsində yazıb: Mən Əhli-beytdən olan ərəb mərcəiyyəti ilə razıyam və qara əmmamə taxsalar belə seyid olmayan Hind, Fars və Əfqan mərcəiyyəti ilə deyil (razı deyiləm).
Onun mübahisəli və təhqiredici tviti bəzi iraqlıları sosial şəbəkələrdə şiə mərcəiyyətini müdafiə etmək üçün aksiya keçirməyə və Nayif Kurdistaninin təhqiramiz ifadələrinə cavab olaraq Kürdüstan Demokratik Partiyasının (KDP) Bağdaddakı ofisinə daxil olmağa və onu yandırmağa səbəb olub.
Aksiya ilə eyni vaxtda İraq təhlükəsizlik qüvvələri etirazçıların aksiya yerində, KDP ofisi və Əl-Karada prospekti, 52 ünvanındakı vəziyyətə nəzarət etmək üçün yerləşdirilib.
Etirazlardan sonra Nayif Kurdistani elan edib: “Ərəb mərcəiyyəti ilə bağlı tvitim cənab Seyid Müqtəda əs-Sədrə və Milli Qurtuluş Koalisiyasına siyasi dəstək naminə olub”. O, İraq xalqından üzr istəyərək bildirib: “Twitter hesabım sındırılmışdır və bir az əvvəl onu geri qaytara bildim”.
Bu arada İraq Kürdüstanı Demokratik Partiyasının lideri Məsud Bərzani şiə dini mərcəiyyətinin təhqir edilməsini və Kürdüstan Demokratik Partiyasının Bağdaddakı ofisinin yandırılmasını qınayıb. Bildirilir ki, İraq xalqının geniş etirazından sonra İraq Kürdüstanının daxili işlər naziri Kurdistani üçün həbs qərarı verib və o, Kürdüstan bölgəsinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Rəy